1. Astronomiya. Coğrafiya. Uçan göy cismi, planetlərarası boşluqdan Yer atmosferinə daxil olarkən alışan parlaq cisim. □ Meteorun uçuşu.
2. Məcazi mənada: cəld, çevik, qəfil peyda olan, parlaq, lakin tez yoxa çıxan bir kimsə və ya nə isə. □ Meteor kimi yoxa çıxmaq.
Həmçinin bax:
1. Ayrı-ayrı elmlərdə tətbiq olunan üsulların, elmi araşdırma prinsip və metodlarının toplusu. □ Elmi metodologiya.
2. Biliyin elmi metodu haqqında təlim, ümumi elmi-idrak üsullarının tədqiqinə həsr olunmuş fəlsəfi istiqamət. □ Yeni metodologiya.
Azərbaycan dilinin izahlı lüğəti1. Yer üzündə həyatın yaranışı, təbiət hadisələri, əfsanəvi qəhrəmanlar və ilahlar haqqında qədim xalq rəvayətləri. □ Qədim miflər.
2. Məcazi mənada: fantastik, həqiqətə uyğun olmayan, əsassız şişirtmələr, uydurma. □ Mif yaratmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Coğrafiya. Müxtəlif səbəblərdən (siyasi, iqtisadi, sosial, hərbi, təbii-coğrafi və s.) əhalinin bir yerdən başqa yerə köçməsi. □ Kütləvi miqrasiya.
2. Biologiya. Yaşayış şəraitinin, yaxud inkişaf dövriyyəsinin təzələnməsi ilə əlaqədar canlı orqanizmlərin yerdəyişməsi. □ Təbii miqrasiya.
3. Maliyyə. Toplanmış kapitalın yerdəyişməsi. □ Maliyyə miqrasiyası.
Həmçinin bax: