Nərd oyununda: oyunun axırına kimi bir daş da olsa çıxa bilməyib ikiqat uduzma. □ Qayınata ilə kürəkən nərd oynayırdılar. Kərim.. marsa çalışırdı. (İ.Əfəndiyev).
Qədim romalıların mifologiyasında müharibə allahı.
Günəş sisteminin dördüncü planeti. □ Ay kimi, Mars kimi, Venera kimi; Qəlbinin çox sirri kəşf olunmamış. (M.Araz).
Həmçinin bax:
1. Sırada bir qaydada, ritmik yürüş tərzi. □ Təntənəli marş.
2. Sırada bir qaydada, ritmik yeriməyə başlamaq üçün komanda. □ Marş, irəli! Addımla, marş!
3. Qoşunların yürüş qaydası ilə bir yerdən başqa yerə hərəkəti. □ Üçgünlük marş.
4. Musiqi. Addım taktına uyğun ölçüsü olan gümrah, aydın ritmli musiqi əsəri. □ Müsavatın ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı olduğu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurban da Əhməd Cavad olub. (Y.Qarayev).
Coğrafiya. Okean, dəniz sahillərində ən yüksək qabarma vaxtı su basan ovalıq zona.
Azərbaycan dilinin izahlı lüğəti