Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

manipulyasiya [manipulyasiya] isim fr. manipulation < lat. manipulatio < manipulus – ovuc, əl içi

1. Müəyyən işlə bağlı bir və ya iki əllə hərəkət; əl işində yüksək dəqiqlik tələb edən mürəkkəb əməliyyat. □ Manipulyasiya bacarığı.

2. Əsasən, əllərin cəld hərəkəti ilə tamaşaçıların diqqətini yayındırmaqla fokus nümayişi.

3. Məcazi mənada: hansısa məsələdə hiyləyə əl atmaq, yalan danışmaq; fırıldaq, kələk, hiylə. □ İnformasiya ilə manipulyasiya.

Həmçinin bax:

jurnalistika: ictimai manipulyasiya jurnalistika: ictimai rəylə manipulyasiya jurnalistika: şüurla manipulyasiya Azərbaycan dilinin izahlı lüğəti

maniya [maniya] isim yun. mania – dəlilik, ehtiras, aludəlik

1. Bir şeyə həddindən artıq bağlılıq, nəyəsə ifrat dərəcədə aludəlik, ehtiras, həvəs. □ Dahilik maniyası.

2. Bir çox sözlərə qoşularaq müəyyən vərdişlərə xəstəlik dərəcəsində aludəçilik mənasını ifadə edir; məs.: narkomaniya.

Azərbaycan dilinin izahlı lüğəti

manqurt [manqurt] isim monq. manqurt – ehtim. ölüvay, süst qurd və ya soxulcan

Keçmişini unudan, milli adət və ənənəyə arxa çevirən, bu adətlərdən, həmçinin əxlaqi dəyərlərdən imtina edən qul psixologiyalı adam. □ “Manqurt” ifadəsi ilk dəfə Ç.Aytmatovun “Əsrə bərabər gün” romanında işləndikdən sonra geniş yayılmışdır.

Azərbaycan dilinin izahlı lüğəti

mansarda [mansarda] isim fr. Mansarde – xüs. XVII əsrin məşhur fransız memarı Mansarın adı ilə bağlıdır

Binanın dam örtüyü altında yerləşən yaşayış sahəsi, hündür əyri tavanlı, bəzən əyri divarlı və kiçik pəncərəli otaq. □ Mansarda Avropanın bir sıra evləri üçün səciyyəvidir.

Azərbaycan dilinin izahlı lüğəti

manşet [manşet] isim fr. manchettehərf. qatlanan, irəli çıxan

Qəzetin ön səhifəsində ən vacib xəbər üçün ayrılmış yer; qəzetin birinci səhifəsinə çıxarılaraq xüsusi təqdimatla verilən məlumat, diqqəti cəlb edən yazı. □ Xəbəri manşetə çıxarmaq.

Azərbaycan dilinin izahlı lüğəti

mantiya [mantiya] isim yunan

1. Plaş formasında enli, ətəkləri yerə dəyən uzun paltar; xəzdən tikilən gen qadın paltosu; bəzi ölkələrdə hakimlərin, akademiklərin, böyük elmi şura üzvlərinin xüsusi geyimi. □ Hakim mantiyası. 

2. Coğrafiya. Yerin üst qatı; litosferlə Yer nüvəsi arasındakı qat. □ Mantiya qatı.

3. Zoologiya. Bəzi onurğasız heyvanların (molyusklar, çiyinayaqlılar, bığayaqlı xərçənglər) bütün bədənini və ya onun bir hissəsini örtən dəri büküşü.

4. Botanika. Bitki gövdəsinin boyatma konusunda törədici toxumanın (meristema) bir hissəsi.

Həmçinin bax:

coğrafiya: Yerin mantiyası Azərbaycan dilinin izahlı lüğəti

manuskript [manusk'ript] isim lat. manuscriptum < manus – əl + scribere – yazmaq

Qədim əlyazma (papirus, perqament, kağız üzərində). □ Qədim və orta əsrlərdə burulmuş kağız və ya kvadrat kitab formasında manuskriptlər olmuşdur.

Azərbaycan dilinin izahlı lüğəti

manyak [manyak'] isim yun. maniakos

Davranışlarında maniya əlamətləri müşayiət olunan, bir şeyə hədsiz aludəçilik və qeyri-adi hərəkətlər nümayiş etdirən şəxs. Manyak qatil.

Azərbaycan dilinin izahlı lüğəti

marafon [marafon] isim yun. Marafonxüs. Yunanıstanda şəhər

1. İdman. Yüngül atletikada uzaq məsafəyə (42 km 195 m) qaçış. □ “Marafon” sözü yunanların farslar üzərində qələbəsini xəbər vermək üçün Marafon adlı məntəqədən Afina şəhərinə qədər birnəfəsə qaçmış və xəbəri çatdırdıqdan sonra ürəyi partlamış Fidippid adlı döyüşçü haqqında əfsanədən götürülüb.

2. Məcazi mənada: mühüm ictimai-siyasi və sosial əhəmiyyəti olan hadisə ilə bağlı ardıcıl həyata keçirilən tədbirlər. □ Seçki marafonu.

Azərbaycan dilinin izahlı lüğəti

marinist [marinist] isim ital. marine < lat. marinus – dəniz

Dəniz mənzərələri çəkən rəssam. □ Marinistlərin sərgisi.

Azərbaycan dilinin izahlı lüğəti

marionet [mariyanet] isim fr. marionnette – oyuncaq

1. İplər vasitəsilə hərəkət etdirilən teatr kuklası. □ Marionet teatrı.

2. Məcazi mənada: başqalarının iradəsi ilə hərəkət edən, digərlərinin əlində oyuncağa, vasitəyə çevrilən iradəsiz adam, siyasi rejim və ya xadim. □ Marionet rejim.

Azərbaycan dilinin izahlı lüğəti

marketinq [marketink'] isim ing. marketing < market – bazar, satış

İqtisadiyyat. Məhsul istehsalını artırmaq və istehlakçı tələbatına fəal təsir göstərmək məqsədilə bazarın öyrənilməsi üzrə tədbirlər sistemi. □ Marketinq fəaliyyəti bazarın kompleks şəkildə tədqiqi, əmtəə çeşidinin planlaşdırılması, qiymət siyasəti, satışın reklamı və stimullaşdırılması, satışdan sonrakı xidmətin idarə olunmasından ibarətdir.

Həmçinin bax:

jurnalistika: marketinq kommunikasiyası Azərbaycan dilinin izahlı lüğəti

maskarad [mask'arat] isim fr. maskarad – niqab, maska

1. Maska və xüsusi geyimlərdə keçirilən ziyafət, şənlik gecəsi. □ Maskarada dəvət.

2. Məcazi mənada: quraşdırılmış səhnə, oyun, yalan, hiyləgərlik. □ Maskarad düzəltmək.

Azərbaycan dilinin izahlı lüğəti

massiv [massiv] isim latın

1. Coğrafiya. Uzun müddət tektonik qalxmaya məruz qalmış, qədim, sabitləşmiş, bərk ərazi.

2. Coğrafiya. Müəyyən sərhədlərə (göllər, əkin sahələri, fərqli relyef formaları və s.) malik böyük meşə sahələri.

3. Coğrafiya. Ümumi relyefə, arxitektur quruluşa malik, ətraf sahələrdən seçilən yaşayış sahəsi.

Həmçinin bax:

coğrafiya: dağ massivi Azərbaycan dilinin izahlı lüğəti

materiya [materiya] isim lat. materia

1. Fəlsəfə. Maddi varlıq, insan şüurundan asılı olmayaraq ayrıca mövcud olan obyektiv reallıq. □ Materiya hərəkətin varlıq formasıdır.

2. Fizika. Сisimlərin ibarət olduğu maddə. □ Kristal materiya.

Azərbaycan dilinin izahlı lüğəti