1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey; cisim, şey. □ Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr.
2. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik.
3. Məcazi mənada: keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik. □ Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə böyük sövdəgər olarsan. (Ə.Haqverdiyev).
4. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. □ Zirək maddədir. O elə bir maddədir ki...
1. Rəsmi bir sənəddə, siyahıda, lüğətdə və s.-də müstəqil bölgü; bənd, paraqraf. □ Cinayət kodeksinin beşinci maddəsi.
2. Maliyyə. Büdcədə və s.-də gəlirin mənbəyini və ya məxaricin yerini göstərən hissə. □ Gəlir maddəsi.
Həmçinin bax:
1. Şüurdan asılı olmayaraq mövcud olan; cismani, fiziki. □ Maddi varlıq. Maddi aləm.
2. Maddəyə aid olan.
3. Pula, mala, mülkə aid olan. □ Maddi kömək. Maddi imkan. Maddi nemətlər. Maddi vəziyyət.
Həmçinin bax: