Öz məqsədinə nail olmaq üçün terror, pulla ələalma, şantaj və s.-dən istifadə edərək cəmiyyəti qorxuda saxlayan gizli təşkilat. □ Mafiya XVIII əsrin axırlarında Sicilyada (İtaliya) yaranıb, daha sonra Avropa və Amerikaya yayılıb.
Azərbaycan dilinin izahlı lüğətiPedaqogika. Ali məktəblərdə təhsilin ikinci (bakalavrdan sonrakı) pilləsi; elmi dərəcə. □ Magistr anlayışı Qədim Romada daha çox hərbi mahiyyət daşıyan ali vəzifə, orta əsrlərdə Avropada katolik ruhani-cəngavər ordeninin başçısı, sonralar dövlət məmuru və məhkəmə idarəsi məzmununu ifadə edib.
Azərbaycan dilinin izahlı lüğətiFond və əmtəə birjalarında, o cümlədən ev alqı-satqısında, sövdələşmələrin bağlanmasında vasitəçi, dəllal. □ Hüquqi şəxs sayılan makler müştərilərin tapşırığı üzrə iş görür və birja əməliyyatlarının müəyyən növləri üzrə ixtisaslaşır.
Azərbaycan dilinin izahlı lüğəti1. Şəraitdən asılı olaraq dəyişməyən, heç bir qatqısı olmayan; tam, bütöv. □ Mütləq monarxiya. Mən cahan mülkündə mütləq doğru halət görmədim. (M.P.Vaqif).
2. Fəlsəfə. İdealist fəlsəfədə varlığın daimi, dəyişməz ilk əsası (ruh, ideya, Allah). □ Mütləq varlıq.
Həmçinin bax:
1. Çox varlı, həm də siyasi cəhətdən böyük nüfuza malik olan adam. □ Media maqnatı.
2. Arxaizm. Geniş ərazilərin, böyük var-dövlətin sahibi; gəlir gətirən iri müəssisə, firma və bankları olan sahibkar. □ Orta əsrlərdə Avropanın bir sıra ölkələrində iri torpaq sahibləri, əsil-nəcabətli varlı əyanlar maqnat adlanırdı.
Azərbaycan dilinin izahlı lüğəti1. Maqnit hadisələri və cisimlərin maqnit xüsusiyyətləri haqqında elm. □ Maqnetizm elmi.
2. Maqnit hadisələrinin məcmusu. □ Maqnetizm problemi.
3. Məcazi mənada: nəyinsə insanı güclü şəkildə özünə cəlb etməsi; hədsiz cazibədarlıq. □ Maqnetizmi olan şəxs.
Həmçinin bax:
1. Səlahiyyət, tapşırıq, xüsusi göstəriş. □ BMT-nin mandatı.
2. Bir şəxsin hər hansı hüquq, status və səlahiyyətlərini təsdiqləyən sənəd. □ Deputat mandatı.
3. Hansısa səlahiyyətli toplantıda, danışıqlarda və ya strukturda iştirak etmək, yaxud təmsil olunmaq hüququ. □ Mandat almaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Sirk arenası, meydança. □ Gimnastlar manejdə.
2. Atsürmə məşqləri üçün hasara alınmış xüsusi meydança. □ At maneji.
3. Yenicə yeriməyə başlayan körpələr üçün müxtəlif formalı, hərəkət etdirilən xüsusi qurğu. □ Manejin köməyi ilə yerimək.
Azərbaycan dilinin izahlı lüğəti1. Düşmənə zərbə endirmək məqsədilə ordunun aldadıcı hərəkəti; taktiki təlimlər, ordu, donanma və aviasiya qüvvələrinin irimiqyaslı ikitərəfli təlimi. □ Düşünülmüş manevr.
2. Məcazi mənada: cəld hərəkət və üsullar (müzakirə, polemika və idmanda); hər hansı niyyəti həyata keçirmək üçün düşünülmüş, məqsədli hərəkətlər kompleksi. □ Manevr etmək.
Azərbaycan dilinin izahlı lüğəti