1. Heç bir şeyin fikrini, qeydini çəkməyən, heç bir şeyə əhəmiyyət verməyən, hər şeyi qulaqardına vuran. □ Laqeyd adam.
2. Zərf kimi: etinasız, maraqsız, soyuq, saymaz. □ Mən nə qədər ki, ona qarşı laqeyd və etinasız davranırdım, əksinə olaraq, o mənə bir o qədər artıq təmayül göstərir(di). (S.Hüseyn).
3. Laqeydcəsinə, soyuq. □ Tanrıverdi soyuq və laqeyd bir tövr ilə: – Hacı Qurbanın nəşi quyudamı qalacaq? – deyə soruşdu. (A.Şaiq).