1. Qırmızı rəngli qiymətli daş. □ Qasid badəni içdi. Ləli öpüb cibinə qoydu. (“Koroğlu”).
2. Məcazi mənada: qırmızı şeylərə, xüsusən yanağa, dodağa və s.-yə işarə. □ Dişlədimsə ləlin, ey qanım tökən, qəhr eyləmə; Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut. (M.Füzuli).
3. Məcazi mənada: saf, şəffaf şey haqqında. □ Barmaqlarımı kəsərəm, əgər əkdiyim tənəklər üstü dolusu ləl gətirməsə. (B.Bayramov).
1. Keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adam. □ Qızıl lələyinin içində qan qusandan sonra nəyə gərək?! (Atalar sözü).
2. Böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilir. □ Lələ, səndən bir şey soruşacağam.
3. Hörmət üçün özündən böyük adamın adına əlavə olunur. □ Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. (Ə.Haqverdiyev).
Həmçinin bax:
1. Uzun lələkləri olan, lələklə örtülmüş (quşlar haqqında). □ Alagöz, sən mənə qulluq edərsən, mən də səni lələkli tovuz kimibəzərəm. (S.Rəhimov).
2. Lələk taxılmış, lələk keçirilmiş, lələklə bəzədilmiş. □ Lələkli şlyapa.
3. İsim kimi: lələklilər – quşlar.
Lələyə oxşar, lələk kimi. □ Lələkvarı yarpaq.
Həmçinin bax:
Arxaizm. Lələnin gördüyü iş; tərbiyəçilik.
Həmçinin bax: