Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

korrida [k'arrida] isim isp. corrida – qaçış, cəld hərəkət < corrida de toros – buğaların qaçışı

Buğa döyüşləri ilə müşayiət olunan ispan milli tamaşası; bu tamaşanın göstərildiyi yer. □ Korridaya baxmaq.

Həmçinin bax:

Azərbaycan dilinin izahlı lüğəti

korrupsiya [k'arrupsiya] isim ing., fr. corruption < alm. korruption < lat. corruptio – rüşvətlə ələ alma

Dövlət məmurunun vəzifə səlahiyyətlərindən şəxsi varlanma məqsədilə istifadə etməsi, bu məqsədlə digər insanlar və qruplarla şəxsi əlaqəyə girməsi. □ Korrupsiya məna tutumuna görə “rüşvətxorluq” anlayışından daha genişdir.

Azərbaycan dilinin izahlı lüğəti

korset [k'arset] isim fr. corset – bədən, korpus

Bədənə şux qamət vermək məqsədilə döş qəfəsinin aşağılarını, qarını və digər sallaq yerləri dartıb yığmaq üçün xüsusi kəmər. □ Korsetlə gəzmək.

Azərbaycan dilinin izahlı lüğəti

kort [k'ort] isim ing. court – həyət < lat. cohors çəpərə alınmış sahə

İdman. Tennis oynamaq üçün idman meydançası. □ Yaşıl kort.

Azərbaycan dilinin izahlı lüğəti

kortej [k'artej] isim fr. cortege – yürüş

Təntənəli yürüş, rəsmi şəxsi müşayiət edən dəstə. □ Qərbi Avropada mütləq monarxiya dövründə kralların gəlişi şərəfinə təşkil olunan təntənəli mərasim kortej adlanırdı.

Azərbaycan dilinin izahlı lüğəti

kovboy [k'avboy] isim ing. cow – inək + boy – oğlan

1. Amerikanın qərbində xüsusi geyimdə və at belində mal-qara otaranlara verilən ad; mal-qara saxlayan fermer; naxırçı. □ Kovboy papağı.

2. Məcazi mənada: cəsur, qorxmaz gənc. □ Kovboy xarakteri.

Azərbaycan dilinin izahlı lüğəti

kreativ [k'riyatif] sifət lat. creatio – yaratmaq, qurmaq

Yaradıcı yanaşan, istedadlı, yaradıcılıq işini bacaran; yaradıcılıqla bağlı olan (fəaliyyət). □ Kreativ şagird.

Azərbaycan dilinin izahlı lüğəti

kredit [k'redit] isim alm. kredit, fr. credit < lat. creditum – borc < credere – inanmaq

Ayrı-ayrı bank və fondların müəyyən məqsədlər üçün müştərilərə faizlə və ya faizsiz verdiyi borc. □ Bank krediti.

Azərbaycan dilinin izahlı lüğəti

kredo [k'redo] isim lat. credo – inanıram

1. Məslək, yol, əqidə, dünyagörüşünün əsası. □ Həyat kredosu.

2. Katolik kilsələrində inam rəmzi. □ Kredoya səcdə.

Azərbaycan dilinin izahlı lüğəti

kriminalistika [k'riminalistik'a] isim lat. criminalis – cinayətə aid olan

Məhkəmə sübutlarının (izlər, sənədlər, maddi sübutlar və s.) toplanılıb qeydə alınmasının, tədqiq və tətbiqinin xüsusi üsul, metod və vasitələr sistemini işləyib hazırlayan elm sahəsi. □ Cinayətlərin açılmasında, qarşısının alınmasında, bir sıra hallarda isə mülki işlərə məhkəmə baxışında kriminalistikanın müəyyən etdiyi üsullardan istifadə edilir.

Azərbaycan dilinin izahlı lüğəti

kriteri [k'riteri] isim yun. kriterion – mühakimə üçün vasitə

Nəyi isə qiymətləndirmə ölçüsü, meyar; bir şeyə dair qiymətləndirmə aparmaq, yaxud nəyi isə müəyyənləşdirmək və ya təsnif etmək üçün istinad olunan əlamətlər. □ Peşəkarlıq kriteriləri.

Azərbaycan dilinin izahlı lüğəti

kritik [k'ritik'] sifət yun. kritikos < krinein – mühakimə etmək

Krizisə aid olan, kəskin, böhranlı (vəziyyət, durum). □ Kritik durum.

Azərbaycan dilinin izahlı lüğəti

krizis [k'rizis] isim yun. krisis – qərar, dönüş nöqtəsi, çıxış

1. Kəskin, böhranlı, mürəkkəb durum, hal, vəziyyət; iqtisadiyyatda (maliyyə bazarında) və siyasətdə (hökumət dəyişikliyində) özünü göstərən böhran halı. □ Krizis vəziyyəti.

2. Tibb. Hər hansı xəstəliyin qısa müddətdə özünü göstərən kəskin forması. □ Krizis keçirmək.

3. Məcazi mənada: əxlaqi dəyərlərə etinasızlıq, mənəvi böhran, aşılanma. □ Sosial krizis.

4. Stres, depressiya. □ Psixoloji krizis.

Azərbaycan dilinin izahlı lüğəti

kross [k'ros] isim ing. to cross – adlamaq, keçmək

İdman. Müəyyən olunmuş məsafəyə qaçış; yüngül atletikanın bir növü. □ Kross yarışı.

Azərbaycan dilinin izahlı lüğəti

krosvord [k'rasvort] isim ing. cross-word < cross – kəsişmə + word – söz

Damalara hərflər yazmaqla verilmiş izaha uyğun sözləri tapmaqdan ibarət intellektual oyun, bilməcə. □ Krosvord həll etmək.

Azərbaycan dilinin izahlı lüğəti