1. Miqdar, qədər, say, ədəd. □ Hər yerdə kəmiyyət, keyfiyyət barəsində danışıq gedirdi. (S.Hüseyn).
2. Riyaziyyat. Fizika. Ölçmək və hesablamaq mümkün olan hər şey. □ Sonsuz kiçik kəmiyyət. Naməlum kəmiyyət. Dəyişən kəmiyyət. Sıfıra bərabər kəmiyyət. Məchul kəmiyyət.
3. Fəlsəfə. Xarici aləmin əşya və hadisələrini miqdar, həcm, inkişaf dərəcəsi cəhətdən səciyyələndirən fəlsəfi kateqoriya. □ Kəmiyyətin keyfiyyətə keçməsi qanunu. Kəmiyyət dəyişmələri.
4. Dilçilik. Səsləri tələffüzetmə müddəti. □ Kəmiyyətə görə səslər uzun və qısa olur.