Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kəmər1 [kəmər] isim fars

1. Bel bağlamaq, yaxud bir şeyi sarıyıb bağlamaq üçün zolaq şəklində kəsilmiş dar uzun dəri və s.; qayış. □ Kəməri qırılmaq. Təzə kəmər almaq. Belinə kəmər bağlamaq.
2. Paltar, palto və s.-də belə sarınan uzun ensiz parça; belbağı. □ Paltonun kəməri. Paltarın kəmərini açmaq.
3. Keçmişdə paltarın üstündən belə bağlanan qızıl, gümüş və s. ilə bəzədilmiş belbağı, qurşaq; təkbənd. □ Qızıl kəmər. Enli kəmər.
4. Tüfəng qayışı. □ ..Həcər təkrar papağı başına qoydu, əlini aynalıya atdı, kəməri çiyninə aşırdı. (S.Rəhimov).
5. Patrondaş mənasında. □ Tüfəngi doldurub aldım əlimə; Kəməri bağladım qoşa, belimə. (“Qaçaq Nəbi”).
6. Ümumiyyətlə, bir şeyin belinə bağlanan, sarınan, dövrələnən ip, qurşaq, çənbər və s. □ Çəlləyin kəməri.

kəmər2 [kəmər] isim

1. Elektrotexnika. İçərisindən su, neft, qaz və s. axıtmaq üçün metal və ya saxsı boru. □ Neft kəməri. Su kəməri. Qaz kəməri.
2. Zoologiya. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə.

kəmər3 [kəmər] isim

Zoologiya. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə.

kəmər4 [kəmər] isim

1. İncəsənət. Qapı, pəncərə və s. üstündə yarımdairə (qövs) şəklində tağ. □ Qədim incəsənətimiz haqqında qiymətli material verən abidələr içərisində tunc kəmərlər xüsusilə maraqlıdır. (“İncəsənət”).
2. İncəsənət. Qövs şəklində tikili. □ Körpü kəməri.

Həmçinin bax:

frazeologizm: kəmər bağlamaq frazeologizm: kəməri sıxmaq frazeologizm: kəmərin altını bərkitmək Azərbaycan dilinin izahlı lüğəti