1. Bir şey və ya şəxsi başqasından fərqləndirən xüsusiyyət, əlamət (əsasən, müsbət xüsusiyyət, əlamət). □ İnsanın ən yaxşı keyfiyyəti.
2. Bir şeyin dəyərlilik, yararlıq, ləyaqət dərəcəsi. □ Dərsin keyfiyyəti.
3. Fəlsəfə. Əşyanı, hadisəni və ya prosesi, onun başqa şey deyil, məhz özü olduğunu müəyyənləşdirən xüsusiyyət. □ Kəmiyyət və keyfiyyət. Kəmiyyətin keyfiyyətə keçməsi qanunu (dialektikanın əsas qanunlarından biri).
4. Qəziyyə, vəziyyət, hadisə. □ Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. (A.Səhhət)
Həmçinin bax: