Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kruiz [k'ruyiz] isim ing. cruise

Gəmi ilə bir çox ölkələrin limanlarında dayanmaqla uzunmüddətli dəniz səyahəti. □ Kruizə çıxmaq.

Azərbaycan dilinin izahlı lüğəti

kseroks [k'serok's] isim xüs.Xerox” şirkətinin adından

Elektrofotoqrafiyanın bir növü olan kseroqrafiya üsulu ilə alınan nüsxə, şəkil; surətçıxarma. □ Kseroks aparatı.

Azərbaycan dilinin izahlı lüğəti

kulinariya [k'ulinariya] isim lat. culinarius (culina) – mətbəx

Yemək hazırlamaq sənəti, eləcə də yemək bişirmə və mətbəxlə bağlı olan ümumi ad. □ Milli kulinariya.

Azərbaycan dilinin izahlı lüğəti

kuluar [k'uluar] isim fr. couloirs – dəhliz

Rəsmi iclas, konsert, teatr tamaşası və s.-nin keçirildiyi binada istirahət, qeyri-rəsmi ünsiyyət, fikir mübadiləsi, ayaqüstü söhbət üçün səhnədən və zaldan kənar yer (dəhliz, yan salonlar). □ Kuluar söhbətləri.

Azərbaycan dilinin izahlı lüğəti

kupon [k'upon] isim fr. coupon < couper – kəsmək

1. Qiymətli kağızın kəsilən talonu. □ Kupon ödəmək.

2. Məhsul alışı zamanı güzəşt və ya hər hansı uduşlu oyunda iştirak hüququ verən talon; qəzetdən kəsilmiş elan və ya reklam. □ Kupon toplamaq.

Azərbaycan dilinin izahlı lüğəti

kurikulum [k'urik'ulum] isim lat. curriculum hərf. yarış, həyatın gedişatı < currere – qaçmaq

Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilini, məqsədyönlü və ardıcıl həyata keçirilməsini təmin edən konseptual sənədlər sistemi. □ Kurikuluma əsaslanan sistem.

Azərbaycan dilinin izahlı lüğəti

kurs [k'urs] isim fr. cours < alm. kurs < lat. cursus – qaçış, hərəkət, yol

1. Hərəkət istiqaməti, yol. □ Bakıya doğru kurs.

2. Hökumətin və ya hər hansı ictimai, siyasi-iqtisadi fəaliyyətin əsas istiqaməti. □ Partiyanın siyasi kursu.

3. Müəyyən fənn və ya sahə üzrə təhsilin bitmiş mərhələsi. □ Ədəbiyyat kursu.

4. Ali və orta ixtisas məktəblərində təhsilin birillik pilləsi. □ İkinci kursa keçmək.

5. İxtisasartırma müəssisələrində qısamüddətli məşğələlər toplusu. □ Kurslarda iştirak etmək.

6. Müəyyən bilik və vərdişlərə yiyələnmək və ya imtahanlara hazırlaşmaq üçün təşkil olunmuş qısamüddətli təhsil mərkəzi. □ İngilis dili kursları.

7. Müalicə prosedurunun tam müddəti, tsikli. □ Müalicə kursunu başa çatdırmaq.

8. Məzənnə. □ ..Buyurub qiymət edin, günün kursu ilə ingilis və Amerika pulu verim. (M.S.Ordubadi).

Azərbaycan dilinin izahlı lüğəti

kursiv [k'ursiv] isim alm. kursiv < lat. cursivus – qaçan

1. Çap şrifti formalarından biri; mətnin müəyyən hissəsini fərqləndirmək məqsədilə hərflərin sağa meyilli, əlyazmaya bənzər forması. □ Kursiv şrifti.

2. Latın və qədim yunan yazısında sürətli yazı xətti. □ Antik kursiv.

Azərbaycan dilinin izahlı lüğəti

kuryer [k'uryer] isim fr. courrier – qaçağan < lat. currere – qaçmaq, cəld hərəkət etmək

1. İdarə kağızlarını aparıb paylayan işçi; ayaqçı. □ Kuryer oğlan.

2. Təcili, yaxud məxfi diplomatik poçtu özü ilə aparan vəzifəli şəxs. □ Diplomatik kuryer.

Azərbaycan dilinin izahlı lüğəti

kuturye [k'uturye] isim fr. couturier < couture – tikiş, tikmə sənəti, qadın dərzisi

Yüksək səviyyəli tikiş ustası, modelyer, ən müasir dəbin yaradıcısı. □ Peşəkar kuturye.

Azərbaycan dilinin izahlı lüğəti

kvartet [k'vartet] isim lat. quartus – dördüncü

1. Musiqi. Dörd çalğıçıdan ibarət musiqi ansamblı. □ Simli kvartet.

2. Musiqi. Dörd səs və ya dörd çalğı aləti üçün yazılmış musiqi əsəri. □ Kvartet ifa etmək.

Azərbaycan dilinin izahlı lüğəti

kvorum [k'vorum] isim lat. quorum – iştirakçıların sayının yetərliliyi

Hər hansı iclasın keçirilməsi və qəbul edilən qərarların etibarlı və qanuni sayılması üçün iştirakçıların tələb olunan minimum sayı. □ Kvorum, adətən, qanunla və yaxud təşkilatın nizamnaməsi ilə müəyyən edilir.

Azərbaycan dilinin izahlı lüğəti

kvota [k'vota] isim alm. quota – hissə, pay < lat. quot – neçə

Malın istehsal, idxal və ya ixracına qoyulan kəmiyyət məhdudiyyəti. □ Kvota müəyyən müddət ərzində ayrı-ayrı mallara, şirkətlərə və ölkələrə tətbiq olunur.

Azərbaycan dilinin izahlı lüğəti