Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

jalüz [jalüz] isim fr. jalousie – qısqanclıq

Nazik materialdan hazırlanan çoxqatlı pəncərə pərdəsi. □ Ağ jalüz.

Azərbaycan dilinin izahlı lüğəti

jandarm1 [jandarm] isim fransız

Hərbi mükəlləfiyyəti olan polis; ölkə daxilində, orduda mühafizə funksiyalarını həyata keçirən polis dəstəsi. □ Jandarmın əsası Fransada qoyulub və hazırda bəzi ölkələrdə fəaliyyət göstərməkdə davam edir.

jandarm2 [jandarm] isim fransız

Coğrafiya. İtibucaqlı qaya çıxıntıları.

Azərbaycan dilinin izahlı lüğəti

janr [janr] isim fr. genre – növ, tərz

Müəyyən bədii xüsusiyyətlərə, özəl tərz və üsluba malik bədii əsərlər növü. □ Roman janrı.

See also:

jurnalistika: analitik janrlar jurnalistika: fotojurnalistika janrları jurnalistika: jurnalistikanın janrları jurnalistika: publisistik janrlar Azərbaycan dilinin izahlı lüğəti

jarqon [jarqon] isim fr. jargon – təqlidi söz, “qar-qur”

Dilçilik. Hər hansı ictimai qrupun, zümrənin istifadə etdiyi özünəməxsus şərti danışıq; ədəbi dilin normalarına uyğun gəlməyən söz və ifadələr. □ Oğru jarqonu.

Azərbaycan dilinin izahlı lüğəti

jeton [jeton] isim fr. jeton

Müəyyən dəyər daşıyan, qiyməti olan və ya sahibinin kimliyini bildirən kiçikölçülü metal və ya plastik cisim. □ Metro jetonu. Polis jetonu.

Azərbaycan dilinin izahlı lüğəti

jokey [jakey] isim ing. jockey

Cıdırda at sürən; sirkdə at sürən artist. □ Məşhur jokey.

Azərbaycan dilinin izahlı lüğəti

jonqlyor [janqlyor] isim fr. jongleur – əyləndirən

Sirk artisti; hoqqabaz. □ Jonqlyorların çıxışı.

Azərbaycan dilinin izahlı lüğəti

jülyen [jülyen] isim fr. julienne hərf. tərəvəz şorbası

Fransız mətbəxinə aid olan, göbələk və pendirlə bişirilən yemək növü. □ Fransız jülyeni.

Azərbaycan dilinin izahlı lüğəti

jüri [jüri] isim ing., fr. jury < lat. juro – cəlb edirəm

1. Müsabiqə, sərgi, yarış zamanı qalibləri müəyyən edən ekspert-mütəxəssis qrupu, münsif.

2. Fransa və İngiltərədə sıravi vətəndaşlardan ibarət andlılar məhkəməsinin üzvləri. □ Jürinin qərarı.

Azərbaycan dilinin izahlı lüğəti