İki əsr (iki yüz il) tarixi olan, iki əsr davam edən. □ İkiəsrlik müstəmləkə.
İki familiyası olan, iki familiya daşıyan.
Fizika. İki fazası olan.
Müəyyən qərara gələ bilməyən, tez-tez fikrini dəyişən; mütərəddid. □ İkifikirli adam.
Tez-tez fikrini dəyişmə, iki fikirdə olma.
İki gavahını olan. □ İkigavahınlı kotan.
Elektrotexnika. İki gövdəsi olan.
Dənizçilik. İki göyərtəsi olan. □ İkigöyərtəli gəmi.
İki gözü olan, iki hissədən ibarət. □ İkigözlü miz.
1. İki gün vaxt tələb edən, iki gün sürən, iki gün davam edən; iki günə çatan, iki gün üçün kifayət edən. □ İkigünlük iş qalıb. İkigünlük azuqə. 2. Doğulmasından iki gün keçmiş. □ İkigünlük uşaq.
Bax: ikihürgüclü.
İki güzgüsü olan. □ İkigüzgülü şifoner.
1. İki haçası olan, iki yerə ayrılan. 2. Zərf kimi: iki haçası olan, iki yerə ayrılan.
Bir ölkədə eyni zamanda iki hakimiyyətin olduğu vəziyyət.
Dilçilik. İki hecadan ibarət. □ İkihecalı söz.