1. İki cilddən ibarət olan. □ Tarix İnstitutunda ikicildlik "Heydər Əliyev" monoqrafiyasının müəllif heyətinin toplantısı keçirilmişdir.
2. İsim kimi: iki cilddən ibarət kitab. □ Azərbaycan milli operasının banisi, görkəmli naşir, jurnalist, publisist Üzeyir Hacıbəyovun indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildlik çapdan çıxıb.
1. Biologiya. Erkək və dişi cinsiyyət əlamətlərini özündə birləşdirən; xonsa. □ İkicinsiyyətli orqanizm.
2. Botanika. Bir çiçəkdə həm dişicik, həm də erkəkcik olan. □ İkicinsiyyətli bitkilər.
3. Zoologiya. Həm erkək, həm də dişi cinsi orqanları olan. □ İkicinsiyyətli heyvanlar.
1. Eyni dərəcədə iki dildə danışan, məişətdə iki dildən istifadə edən. □ İkidilli xalq.
2. İki dildə tərtib edilmiş. □ İkidilli lüğətlər.
3. Məcazi mənada: qeyri-səmimi, ikiüzlü, aldadıcı, yalançı. □ Yaz günündə qar olmaz; Söyüd qalxar, bar olmaz; İkidilli gözəldə; Əhdə etibar olmaz. (Bayatı).