Bir şeyə xəstəlik dərəcəsində mübtəla olma; mübtəlalıq, düşkünlük. □ ..Onlar ikisi də ibtiladan yaxalarını qurtara bilmirlərdi. (M.S.Ordubadi).
İcab etmək – lazım olmaq, lazım gəlmək: vacib, labüd, zəruri olmaq. □ Məsələni bir daha müzakirə etmək icab etdi.
1. Vücuda gətirmə (gətirilmə), yoxdan var etmə (edilmə), yaratma (yaradılma), düzəltmə (düzəldilmə); ixtira (etmə), kəşf (etmə). □ Radionun icadı. Telefonun icadı. 2. Uydurma. □ O necə xəstəlikdir, – dedim, – kimin icadıdır? (Mir Cəlal).
Müəyyən şərtlər əsasında daşınmaz əmlakın müvəqqəti istifadəyə verilməsi, ya alınması; kirə. □ İcarə haqqı. İcarə kağızı.
Bax: icarədar.
Birinin mülkünü və s.-ni icarəyə götürən adam. □ Kişi də hacının yuxarı baş karvansarasının icarədarıdır. (P.Makulu).
İcarəyə götürmə, kirə etmə.
Bax: icarələmək.
İcarəyə götürmək, kirələmək. □ Torpaq icarələmək.
Bax: icarələnmək.
İcarəyə (kirəyə) götürülmək; kirələnmək. □ Torpaq icarələnib.
İcarəyə almaq və ya vermək haqqında yazılı sənəd; icarə kağızı.
1. İzin, rüsxət, ixtiyar. □ İcazə almaq. İcazə istəmək. 2. İcazənamə, icazə vərəqəsi. □ İcazənizi göstərin.
Həmçinin bax:
İcazə verilmiş, rüsxət verilmiş, icazə almış, bir şeyi etməyə icazəsi olan.
Bir yerə daxil olmaq və ya bir iş üçün verilən icazə vərəqəsi; rüsxətnamə. □ Bütün müxbirlərin icazənamələri bir yerdə imzalanıb. (Ə.Məmmədxanlı).