1. Fəlsəfə. Bütün varlığın əsasının materiya deyil, ideya, şüur təşkil etdiyini iddia edən, materializmə zidd fəlsəfi cərəyan. □ İdealizm tərəfdarı.
2. Həqiqətin ideallaşdırılması, nəyinsə mənfi tərəflərini, əlamətlərini görməmək. □ İdealizmə meyillənmək.
Azərbaycan dilinin izahlı lüğətiHəqiqətə münasibəti ifadə edən baxışlar və düşüncələr sistemi; siyasi prosesin vacib komponentlərindən biri. □ “İdeologiya” terminini ilk dəfə XVIII əsr fransız filosofu Antuan Destüt de Trasi işlətmişdir.
Azərbaycan dilinin izahlı lüğəti1. İnsan şüurunda həqiqətə münasibəti əks etdirən ümumi anlayış, dünyagörüşünün əsas prinsipi. □ Demokratik cəmiyyət ideyası.
2. Ədəbiyyatşünaslıq. Əsərdə müəllifin oxucuya çatdırmaq istədiyi əsas fikir. □ Bu əsərin ideyası müəllifin dünyagörüşü ilə sıx bağlıdır.
3. Niyyət, fikir, plan. □ Sui-qəsd ideyası.
Həmçinin bax:
1. Ədəbiyyatşünaslıq. Antik poeziyada, eləcə də müasir ədəbiyyatda insanı qayğısız göstərən, çox vaxt təbiətin qoynunda asudə və sakit həyatı, xoşbəxtliyi, məhəbbət duyğularını əks etdirən bədii əsər. □ İdilliya yazmaq.
2. Məcazi mənada: sakit, dinc, qayğısız yaşayış. □ İdilliya həyatı.
Azərbaycan dilinin izahlı lüğəti1. Gerçəkliyin, görüntünün (predmetin) təhrif olunmuş şəkildə qavranılması; təhrif olunmuş qavrayış. □ İllüziya görünüşü.
2. Məcazi mənada: həyata keçməsi mümkün olmayan istək, ümid və arzu; aldadıcı təsəvvür, yanılma; olmayan bir şeyi həqiqət kimi qəbul etmək. □ İllüziyaya qapılmaq.
Azərbaycan dilinin izahlı lüğəti