1. Çənbər, qurşaq, dairə şəklində gərək (əsasən metaldan olur); ümumiyyətlə, halqaya, çənbərə oxşayan hər şey. □ Qaratoyuq ayağını cələdən çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. (S.S.Axundov).
2. Kilid əvəzinə və ya qıfılı keçirmək üçün qapıya (bəzən də pəncərəyə) vurulan həmin formada alət. □ Böyük qapının böyük halqası olar. (Atalar sözü).
3. Bəzək üçün və ya evlilik simvolu kimi barmağa taxılan həmin formalı əşya; qaşsız üzük. □ Göylərin sanki bu Göygöl kimidir; Halqa üstündəki zümrüd kimidir. (M.Müşfiq).
4. İdman. Asılmış iki çənbərdən ibarət gimnastika aləti.
5. Zənciri əmələ gətirən dairəvi hissələrdən hər biri. □ Dövlət quruluşu belədir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin halqası kimi bir-birinə bənd olubdur. (M.S.Ordubadi).
6. Həmin formada olan hər bir şey; dairə, dövrə. □ Tüstü halqaları.
7. Dövrələyən, mühasirəyə alan, qapayan şey; mühasirə. □ Düşmən halqasını yarıb keçdilər.
8. Göz almasının yerləşdiyi çuxur; göz çuxuru. □ ..Halqasından çıxmaqda olan ala gözlərini Firiduna dikib susdu. (M.İbrahimov).
1. Yerdəyişmə istiqaməti və sürəti, ömürlərinin uzunluğu və s. üzərində elmi müşahidə aparmaq məqsədilə quşların ayağına və balıqların quyruğuna nişanlanmış halqa taxmaq. □ Köçəri quşların ayaqlarını halqalamaq.
2. Ziyanvericilərdən qorumaq üçün ağacların gövdəsinə dairəvi şəkildə qatran və s. sürtmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Quşun ayağına və ya balığın quyruğuna halqa keçirilmək.
2. Dövrəyə alınmaq, mühasirəyə alınmaq, dövrələnmək.
3. Halqa kimi olmaq, halqa şəklinə düşmək, burum-burum olmaq. □ Yel əsdi, meşə dindi; Sərvlər silkələndi; Suya qağayı endi; Halqalandı dalğalar. (N.Xəzri).
4. Məcazi mənada: təəccübdən, heyrətdən və s. bərələ qalmaq. □ Qonşumun gözləri halqalandı..