1. Əl zirəkliyi ilə çıxarılan cürbəcür oyunlar.
2. Məcazi mənada: kələk, fırıldaq, fənd, hiylə. □ Bu nə hoqqadır?
Arxaizm. Tiryək çəkənlərin işlətdiyi xüsusi qəlyan və onun başına keçirilən borucuq. □ Keyfini pozmaz, onun tiryəki var, hoqqası var. (Ə.Nəzmi).
Həmçinin bax:
1. Əl cəldliyi ilə cürbəcür oyunlar göstərən adam, hoqqa çıxardan; oyunbaz. □ ..bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymunoynadanlar, ayıoynadanlar göndərir. (Ə.Haqverdiyev).
2. Məcazi mənada: kələkbaz, fırıldaqçı, haramzadə. □ ..Vəfalı oğlundan şübhə yaramaz! Yəqin yalan satıb sənə hoqqabaz. (S.Rüstəm).
1. Hoqqabazın işi, sənəti; əl zirəkliyi ilə cürbəcür şeylər göstərmə; oyunbazlıq. □ ..Zeynalın əlli cürə hoqqabazlığı .. məclisi xeyli şənləndirib qızışdırdı. (Ə.Əbülhəsən).
2. Məcazi mənada: yalanla, hiylə ilə, aldadıcı yollarla görülən iş. □ Oynadar əldə məzhəbi, dini; Hoqqabazlıqda xeyli kamildir. (M.Ə.Möcüz).