1. Obyektiv aləmin hadisələrini qavrama, hiss etmə qabiliyyəti; duyğu. □ Hiss təbiət zəkasının təzahürüdür.. (Y.V.Çəmənzəminli).
2. Öz hissləri, təəssüratı əsasında bir şeyi qavrama, dərk etmə, sezmə, anlama, başa düşmə qabiliyyəti. □ İnsani hisslər.
3. Məcazi mənada: sevgi, məhəbbət. □ ..o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. (Ə.Əbülhəsən).
Həmçinin bax:
1. Tamın bölündüyü parçalardan hər biri; qisim. □ Şirvan Şimali Azərbaycanın bir hissəsidir. (M.S.Ordubadi).
2. Bölünən bir şeydən hərəyə düşən pay. □ Hərə öz hissəsini götürdü.
3. Vahid, tam bir sistemin (orqanizmin, mexanizmin və s.) tərkib elementlərini təşkil edən şeylərdən hər biri. □ Ehtiyat hissələri.
4. Hər hansı əsərin üzvi parçası, qismi, fəsli. □ Sonatanın son hissəsi.
5. Əlahiddə qoşun vahidi. □ Aviasiya hissəsi. Tank hissəsi.
1. Tam, bütöv halda deyil, hissələrə ayrılmış halda; hissələrlə, tikə-tikə. □ Tarlanı hissə-hissə şumlamaq.
2. Sifət kimi: tam, bütöv halda deyil, hissələrə ayrılmış halda. □ Heç şey hissə-hissə ölümə təslim olan bir bədəni yaşada bilməyəcəkdi. (M.İbrahimov).
1. Hissetmə qabiliyyətindən məhrum, heç bir şey hiss etməyən, hissini, duyğusunu itirmiş; duyğusuz, bihuş. □ Hissiz halda yatan xəstə.
2. Key, keyləşmiş, keyləşdirilmiş. □ Hissiz dəri.
3. Məcazi mənada: həyata, hadisələrə, varlığa laqeyd münasibət bəsləyən, onları dərk etməyən, heç bir şeydən təsirlənməyən; duyğusuz.