1. Həyatla bağlı olma, həyatdan götürülmə, həqiqətə uyğunluq. □ Portretin həyatiliyi.
2. Məcazi mənada: yaşama və inkişaf etmə qabiliyyəti. □ Canlı dilin həyatiliyi.
3. Məcazi mənada: zərurilik, vaciblik, mühümlük. □ Tələbatın həyatiliyi.
1. Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab. □ Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. (M.S.Ordubadi).
2. Vəlvələ, çaxnaşma, küy. □ ..Amma, nəyə lazım o həyəcan?!
3. Təhlükə, təhlükəli vəziyyət, həmin vəziyyəti bildirən siqnal. □ Həkimlər həyəcan təbili çalır.
4. Məcazi mənada: dalğalanma, kükrəmə, coşma, tüğyan. □ Dənizin həyəcanını sahilin sakitliyi əvəz eləmişdi. (B.Bayramov).
Həmçinin bax:
1. Həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş. □ Həyəcanlı abituriyent.
2. Həyəcan, təlaş, iztirab, narahatlıq ifadə edən; həyəcan, iztirab doğuran; təşvişli, iztirablı. □ Həyəcanlı nəzər. Həyəcanlı xəbər. Həyəcanlı anlar.
3. Zərf kimi: həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş. □ Həyəcanlı danışmaq.
4. Məcazi mənada: coşqun, təlatümlü, dalğalı. □ Həyəcanlı dəniz.
1. Adətən evin qabağında ətrafı hasar və ya başqa binaların divarları ilə əhatə olunmuş sahə. □ Həyətləri sarı gül; Yarı qönçə, yarı gül; Gözlərindən sil yaşı; Ayrılıqdı, barı gül. (Bayatı).
2. Hər hansı tikilini dövrələyən açıq sahə. □ Məktəb həyəti.
3. Bütün təsərrüfat tikililəri ilə birlikdə kəndli evi; ayrıca kəndli təsərrüfatı. □ Kənd 150 həyəti birləşdirir.
4. Heyvan, təsərrüfat inventarı və s. üçün bina; ümumiyyətlə, tikili. □ Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki təpələrin rəngi dəyişmişdi. (İ.Şıxlı).