1. Bir şeyin bütün cəhətlərini qavrayan, onun hər tərəfini nəzərdə tutan; ətraflı, hərcəhətli. □ Məsələnin hərtərəfli müzakirəsi.
2. Zərf kimi: bir şeyin bütün cəhətlərini qavrayan, onun hər tərəfini nəzərdə tutan; ətraflı, hərcəhətli. □ Hərtərəfli kömək göstərmək.
1. Mənasız söz, boş söz, hədyan, söyüş. □ Bu hərzəvü hədyanlara kimlər qulaq asdı; Kim verdi bu axmaq sözə qiymət, uçitellər? (M.Ə.Sabir).
2. Sifət kimi: mənasız, boş, cəfəng, nalayiq. □ Hərzə sözün mərəzi gələr. (Atalar sözü).
3. Zərf kimi: mənasız, boş, cəfəng, nalayiq. □ Hərzə danışma, kişi, gözlə ədəb, zinhar! (M.Ə.Sabir).
4. Sifət kimi: boşboğaz, çərənçi, lağlağı, ağzıgöyçək, ağzıyava, hərzəgu. □ Kapitan hərzə adamlara məxsus bir əda ilə gülümsədi. (P.Makulu).
1. Bəzi ağacların liflərindən, küləşdən, qamışdan və s.-dən toxunan məmulat (yerə sərmək və s. məqsədlər üçün işlədilir). □ Dolayı gəl, dolayı; Həsiri basma, dolan gəl; Süpürmüşəm sarayı; Həsiri basma, dolan gəl. (Xalq mahnısı).
2. Sifət kimi: həmin məmulatdan toxunmuş və ya düzəldilmiş. □ Həsir şlyapa.
Həmçinin bax: