1. Doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə və s; bir şeyin əsli, mahiyyəti, künhü. □ Həqiqəti olduğu kimi danışmaq.
2. Düzlük, vicdan, yaxşılıq, xeyirxahlıq, ədalət. □ Həqiqət aramaq.
3. Həyatda, təcrübədə sınanmış fikir, mülahizə, mühakimə. □ Bu, sınaqdan keçmiş həqiqətdir.
4. Doğrudan da, həqiqətən. □ Bu yerlər həqiqət gözəldir.
Həmçinin bax:
1. Həqiqətən mövcud olan və ya olmuş, həqiqətə uyğun olan; gerçək, real; saxta, süni, yapma, yalançı olmayan; əsil, düz, doğru, səhih. □ Həqiqi vəziyyət. Həqiqi söz.
2. Əsil mənada, necə lazımsa elə, əsil. □ Həqiqi dost. Həqiqi sənətkar.
3. Elmi cəhətdən müəyyənləşdirilmiş, hadisənin mahiyyətinə uyğun. □ Həqiqi istilik tutumu. Həqiqi azimut.
1. Qədir-qiyməti, hörməti, etibarı olmayan; alçaq. □ Həqir adam.
2. Klassik ədəbiyyatda təvazökarlıqla özünü başqasının qabağında kiçiltmə, heç kimi göstərmə, özünə əhəmiyyət verməmə mənalarında işlənmişdir. □ Sən də gəl abidin yanında məni; Qızartma, burax bu həqir bəndəni. (A.Şaiq).
3. Kasıb, yoxsul, miskin, zəlil. □ O birisi sadə və həqir geyimli otuz, ya bir qədər artıq sinli bir adam idi. (C.Məmmədquluzadə).
1. Həqir olana yaraşacaq bir tərzdə; qorxa-qorxa, çəkinə-çəkinə, yazıq-yazıq, alçala-alçala. □ Həqiranə yalvarmaq.
2. Sifət kimi: həqir olana yaraşacaq bir tərzdə; qorxa-qorxa, çəkinə-çəkinə, yazıq-yazıq, alçala-alçala. □ Həqiranə cavab.
3. Həqarətlə, alçaq nəzərlə. □ Rəşid Minaya doğru həqiranə baxıb getdi. (İ.Musabəyov).