1. Saqındırma, xəbərdarlıq və ya əmr, tapşırıq bildirir, habelə diqqəti cəlb etmək üçün işlədilir. □ Ona bir söz demə ha!
2. Təkid, vaciblik, lazımlıq bildirir. □ Bizə gələrsən ha!
3. Heyranlıq, valehlik bildirir. □ Gözəldir ha!
4. İntonasiyadan asılı olaraq, bəzən sözə, cümləyə istehza, rişxəndlik çaları verir. □ Amma yazmısan ha.
Ziddiyyət bildirən ədat – ki. □ Nə olsun, adımız olubdur qoçaq; Ceyran ha deyilik ovçudan qaçaq. (H.K.Sanılı).
1. Qeyri-müəyyən zaman və ya yer bildirir; hansı. □ ..Ha tərəfə getmək lazım olduğunu özü də bilmirdi. (S.M.Qənizadə).
2. Bir şeyin davamlılığını bildirir; nə qədər. □ Keçəl ha ağladı ki, qovunu ver, lotubaşı vermədi. (“Aşıq Qərib”).
Azərbaycan dilinin izahlı lüğəti1. Bunun kimi, bu cür, belə; həmçinin. □ Həmin yığıncaqda professorlar, müəllimlər, habelə tələbələr də iştirak edirdilər.
2. Zərf kimi: bunun kimi, bu cür, belə; həmçinin. □ Yağı, pendiri dəyər-dəyməzinə, cürbəcür arşın malına, sabuna, güzgüyə, saqqıza.. və habelə şeylərə dəyişərlər.. (Ə.Haqverdiyev).
Arxaizm. Qadın paltarı tikilən bahalı əlvan bir parçanın xalq dilində adı. □ ..bir neçə il əvvəl hacıbəribax deyilib arvadlar arasında çox modda olan, əlvan parçadan geydiyi qırçınlı uzun tumanda.. çox yaraşıqlı görünürdü. (Ə.Əbülhəsən).
Azərbaycan dilinin izahlı lüğəti1. Zoologiya. Leyləklər fəsiləsinə aid quş növü. □ Bahar çağı hacıleyləklər; Qaranquşlar gələrmiş. (R.Rza).
2. Məcazi mənada: uzundraz, boyu həddindən artıq uzun adam haqqında. □ ..bu hacıleylək Yarməmməd, bu goreşən, saman altdan su yeridən yastı Salmandır. (M.İbrahimov).
1. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer; ümumiyyətlə, haça şəklində olan. □ Tut ağacının balkona enmiş haça budağı arasından sayrışan ulduzlar görünürdü. (İ.Hüseynov).
2. İsim kimi: ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer. □ Alçaq əncir ağacının əyri haçasında oturan iki nəfər qara, yanıq oğlan uşağı bir-birinə püstə qabığı atırdı. (Mir Cəlal).
3. Məcazi mənada: üstüörtülü, ikibaşlı. □ Ataş .. haça mənanın fərqinə varmadan cavab verdi. (Ə.Vəliyev).