1. Kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. □ Heyvərə adam.
2. İsim kimi: kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. □ Heyvərənin biridir.
3. Vulqarizm. Bəzən söyüş kimi işlədilir. □ ..Yalan danışma, heyvərə, mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim. (N.Vəzirov).
4. Yekə, zorba, nataraz, yöndəmsiz. □ Qamışın qalın bir yerində heyvərə bir çaqqal yerə sərilmişdi. (M.Rzaquluzadə).
5. Zərf kimi: avara-avara, boş-boş, avara-sərgərdan. □ Dəxi ol sərvi-qədin kuyinə cənnət deyibən; Gəzmərəm küçələri heyvərə bundan sonra. (S.Ə.Şirvani).
1. Qanmazlıq, kobudluq, tərbiyəsizlik, zırramalıq; sözünü, hərəkətini bilməmə; boşboğazlıq. □ Bir bölük boşboğazıq, heyvərəlik adətimiz; Doludur lənət ilə, qeybət ilə söhbətimiz. (M.Ə.Sabir).
2. Avaralıq, veyillik; heç bir işlə məşğul olmama. □ Heyvərəlik etmək.
1. Verilən suala müsbət cavab və ya təsdiq məqamında işlənir; bəli, elədir. (Bəzən “ə” saiti uzadılaraq tələffüz olunur). □ Hə, razıyam.
2. Sual cümlələrində sualı gücləndirir və təkid bildirir. □ Hə, de görüm məndən nə istəyirsən?
3. Sual cümlələrinin axırında müsahibi cavab verməyə vadar etmək məqamında işlənir – düz deyil? elə deyilmi? de görüm mənasında. □ ..Siz haqlı olmadığınızı etiraf edirsinizmi? – Hə?
4. Nitqin daxilində əvvəlcə deyilmiş sözü israrla təsdiq məqamında işlənir və bəzən təkrar deyilir – düzdür, tamamilə doğrudur, elədir ki var, əlbəttə mənasında. □ ..Sən dediyinin üstündə durursanmı? – Hə, hə, dururam.
5. Yaddan çıxmış bir şey birdən yada düşdükdə və ya başqa mətləbə keçdikdə deyilir – yeri gəlmişkən, bir də mənasında. □ Hə, yaxşı yadıma düşdü.
6. Cümlənin əvvəlində müraciət zamanı işlənir – ey, ay mənasında. □ ..Hə... ana, kefin necədir? (C.Məmmədquluzadə).
7. Müraciətə, çağırışa cavab kimi işlənir – nə, nədir, eşidirəm! mənasında. □ ..Həsən? – Hə.
Həmçinin bax:
Xalq təbabətində: xəstə adama küpə salıb qan almaqdan ibarət müalicə üsulu, habelə müalicə məqsədilə qan almaq, qanı sormaq üçün işlədilən buynuzşəkilli alət. □ Kəndin bir kişisi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. (S.S.Axundov).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şeyin kub vahidləri ilə ölçülən uzunluğu, hündürlüyü və eni. □ Kubun həcmi.
2. Ölçü, böyüklük, miqdar və s. baxımından bir şeyin tutumu. □ Çəlləyin həcmi.
3. Məcazi mənada: böyüklük, ölçü, kəmiyyət və s. cəhətdən bir şeyin miqyası. □ İşin həcmi.
Həmçinin bax: