Valehedici, məftunedici; ecazkar. □ Heyranedici mənzərə. Heyranedici musiqi.
Gözəl və ya əzəmətli bir şey qarşısında vurğuncasına valehlik. □ ..Babəkə zillənmiş baxışlarında heyranlıq və çaşqınlıq bir-birini əvəz edirdi. (Ə.Məmmədxanlı).
Heyran-heyran, vurğuncasına, valehcəsinə. □ Heyranlıqla müşahidə etmək.
Musiqi. Şərq muğamlarından birinin adı. □ Heyratı oxumaq.
Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz bir şeydən, hadisədən çaşqınlıq halı; təəccüb. □ Usta Murtuz heyrətindən qayıdıb aşağı baxdı. (Mir Cəlal).
Həmçinin bax:
Heyrət doğuran, qəribə, heyrətə salan, təəccüblə, gözlənilməz, heyrətəngiz. □ Heyrətamiz mənzərə.
Bax: heyrətamiz.
Təəccüblə, heyrət edərək, heyranlıqla. □ Əlisəfa gözlərini heyrətlə döyməyə başladı. (S.Hüseyn).
Bax: heyrətləndirmək.
Heyrət doğurmaq, heyrətə salmaq, təəccübləndirmək. □ Cavan leytenantın gözlərindəki mətinlik, gizli ehtiras və odlu yalvarış onu heyrətləndirirdi. (H.Seyidbəyli).
Bax: heyrətlənmək.
Heyrət etmək, təəccüblənmək, təəccüb etmək. □ Kazım fəqət xəbərsizdi bu işdən; Gəldi, gördü, heyrətləndi bir qədər. (M.Müşfiq).
Heyrət doğuran, gözlənilməz, qəribə, heyrətə salan; təəccüblü, heyrətamiz, heyrətəngiz. □ ..heyrətli və kəskin bir nəzərlə baxınıb durur. (H.Cavid).
Mənlik, şan, şərəf, qürur; mənlik hissi. □ Eşqin atəşində o yandırmadı; Böyük mənliyini, heysiyyətini. (B.Vahabzadə).
Heysiyyəti, mənliyi olan; mənliyini qoruyub saxlayan, şərəfli. □ ..Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədan olduğunuzu bütün vilayət bilir. (H.Cavid).