1. Yoxluq, fanilik, ədəm, mövcud olmama. □ Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın. (B.Vahabzadə).
2. Məcazi mənada: yoxluq, fanilik, ədəm, mövcud olmama. □ Buludlar yığışır üstümə lay-lay; İçimdə bir boşluq, heçlik duyuram. (S.Vurğun).
3. Məcazi mənada: fəza, boşluq. □ Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə. (M.Müşfiq).
4. Məcazi mənada: mənasızlıq, boşluq, naçizlik, miskinlik. □ Sadıq da, Xəlil də “danabaşlıların” həyatının bütün heçliyini, mənasızlığını görür və dərk edir. (M.İbrahimov).
1. Ədəbiyyatşünaslıq. Rəvayət şəklində kiçik ədəbi nəsr əsəri. □ Mirzə Cəlilin hekayələri.
2. Əhvalat, sərgüzəşt, qəziyyə. □ Maya hekayəsini qurtaranda doğrudan da ağlayan Səkinə ilə Pərşan bir daha onu qucaqladılar. (M.İbrahimov).
3. Bir vaqiə, ya hadisəni nəql etmə, bir-bir danışma.
Riyaziyyat. Metr sistemində 10.000 m2-ə bərabər sahə ölçüsü.
Qeyd: Hekto.. ölçü vahidi bildirən mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, “yüz”, “yüz dəfə” mənasını ifadə edir. Məsələn: hektolitr (yüz litr), hektometr (yüz metr) və s.
Azərbaycan dilinin izahlı lüğətiPoliqrafiya. Yazı maşınında və ya əllə yazılmış yazını və şəkli çoxaltmaq üçün sadə çap aləti.
Qeyd: Helio.. mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, günəşə, yaxud günəş şüalarına aidliyi bildirir. Məsələn: helioskop, heliofizika, helioterapiya, heliotexnika və s.
Azərbaycan dilinin izahlı lüğəti