Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

haker [haker] isim ing. hacker – hücum edən

İnformatika. Dağıdıcı proqramlar hazırlayaraq internetdə informasiya sistemlərini və ya şəbəkələri sıradan çıxarmaq məqsədi güdən şəxs. □ Haker hücumu.

Azərbaycan dilinin izahlı lüğəti

hamburger [hamburger] isim ing. hamburger – alm. Hamburg şəhərinin adından

İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotlet qoyulmuş ədviyyatlı dairəvi kökə. □ Hamburger hazırlamaq.

Azərbaycan dilinin izahlı lüğəti

hard-disk [hart-disk'] isim ing. hard disk – sərt, bərk disk

İnformatika. Böyük informasiya tutumu olan bərk disk; materialın ilk işlənmə yeri, sərt maqnit diski. □ Hard-diskə yazmaq.

Azərbaycan dilinin izahlı lüğəti

harmoniya [harmoniya] isim yun. harmonia – əlaqə, rabitə, qamət, uyğunluq, tarazlıq

1. Musiqi. Həmahəng tonlar, ahəngdarlıq. □ Səs harmoniyası.

2. Razılıq, rahatlıq, yekdillik. □ Harmoniya yaratmaq.

3. Bütövün hissələrinin düzgün ardıcıllığı, uyğunluğu, birliyi. □ Rənglərin harmoniyası.

Azərbaycan dilinin izahlı lüğəti

hedlayn [hedlayn] isim ing. headline – qəzet başlığı

Əsas hadisələr; hadisənin ən önəmli məqamını mediada bir sətirlə vermək. □ Xəbərlər hedlaynı.

Azərbaycan dilinin izahlı lüğəti

hegemoniya [hegemoniya] isim yun. hegemonia – ağalıq, rəhbərlik, başçılıq

Üstünlüyə malik olmaq, rəhbərlik etmək; bir təbəqənin, qrupun, dövlətin başqalarına münasibətdə üstün, aparıcı mövqeyə malik olması. □ Siyasi hegemonluq.

Azərbaycan dilinin izahlı lüğəti

helikopter [helik'opter] isim yun. helix helikos – spiral, vint + pteron – qanad

Vertolyotun bir sıra xarici dillərdə adı. □ Helikopter reysi.

Azərbaycan dilinin izahlı lüğəti

hemofiliya [hemafiliya] isim yun. haima – qan + phileo – meyil

Tibb. Yüksək qanaxma, qanın gec laxtalanması ilə xarakterizə olunan xəstəlik. □ Hemofiliya qanın laxtalanmasını təmin edən xüsusi zülal maddəsinin qan plazmasında lazımi qədər olmaması ilə əlaqədardır.

Azərbaycan dilinin izahlı lüğəti

hemoqlobin [hemoqlabin] isim yun. haima (haimatos) – qan + lat. globus – şar, kürə

İnsanda, həmçinin onurğalı və onurğasız canlılarda qanın qırmızı dəmir tərkibi, piqmenti. □ Hemoqlobinin əsas rolu oksigeni tənəffüs orqanlarından orqanizmin toxumalarına çatdırmaqdır.

Azərbaycan dilinin izahlı lüğəti

hepatit [hepatit] isim yun. hepar < hepatos – qaraciyər

Tibb. Qaraciyərin müxtəlif səbəblərdən baş vermiş iltihab xəstəliyi. □ Hepatit “C”.

Azərbaycan dilinin izahlı lüğəti

herbari [herbari] isim lat. herbarium < herba – ot, bitki

Öyrənmək və sistemləşdirmək üçün qurudulmuş bitki kolleksiyası; bu kolleksiyanı öyrənib tədqiq edən elmi müəssisə. □ Herbari həvəskarı.

Azərbaycan dilinin izahlı lüğəti

hermetik [hermetik'] sifət yun. Hermes – xüs. qədim yunan mifologiyasında dəmirçilik ilahının adından

Kipləşdirilmiş; qaz və mayeni buraxmayan, sıx qapadılmış, hava və səs keçirməyən. □ Hermetik qab.

Azərbaycan dilinin izahlı lüğəti

həcc [həcc] isim ər. – Allaha yönəlmə, haqq yolunda fədakarlıq

Zilhiccə ayında (Qəməri təqvimi ilə ilin 12-ci ayı) Məkkədə müqəddəs Kəbənin ziyarət edilməsi. □ Həcc islamda hər bir müsəlman üçün vacib sayılan şərtlərdən biridir.

Həmçinin bax:

frazeologizm: həcdən gələn mən, xəbər verən bu Azərbaycan dilinin izahlı lüğəti

hiper... [hiper] yun. hyper – yuxarı, o biri tərəfə

Bir çox sözlərə qoşularaq hər hansı sahədə “normadan artıq”, “ifrat” mənasını ifadə edən sözönü; məs.: hipermətn, hiperaktiv və s.

Azərbaycan dilinin izahlı lüğəti

hip-hop [hip-hop] isim ing. hip – “ura!” + hop – hoppanmaq

Musiqi. Estradanın repi, görüntü effektlərini, rəqsi və s. özündə birləşdirən sintetik janrı. □ Hip-hop 1970-ci illərdə ABŞ-da ağır sosial şəraitdə yaşayan Latın Amerikası və Afrika zəncilərinin əylənmək məqsədilə yaratdıqları yeni estrada nümunəsidir.

Azərbaycan dilinin izahlı lüğəti