1. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan; göyçək. □ Gözəl qız.
2. İsim kimi: sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan gənc qız. □ Bu gün bir əcayib gözəl sevmişəm; Beləsi olammaz heç vilayətdə. (M.P.Vaqif).
3. Gözəlim şəklində gözələ xitab. □ Bu yazıq yarına hərdən; Bir nəzər sal, gözəlim! (Ü.Hacıbəyli).
4. Gözə xoş gələn, gözü oxşayan, xoşa gələn, qəşəng. □ Gözəl bağ. Gözəl ev.
5. İnsanın ruhunu oxşayan, ruhuna ləzzət verən, xoşagələn; estetik zövq verən. □ Gözəl səs. Gözəl avaz ilə oxumaq.
6. Məharətli, öz sənətinin ustası olan, çox yaxşı, əla. □ Gözəl usta.
7. Müsbət keyfiyyətlərə və ya xassələrə malik olan, hər cəhətdən yaxşı olan, necə lazımsa elə. □ Gözəl adam. Gözəl oğul.
8. Əlverişli, yararlı, yaxşı. □ Fikriniz çox gözəldir.
9. Zərf kimi: yaxşı, əla. □ Gözəl oxumaq.
Həmçinin bax: