1. İnsan və heyvanda görmə orqanı. □ Ala gözlər. Badamı gözlər.
2. Görmə qabiliyyəti, görmə. □ Gözü zəifləmək.
3. Gözümdə (gözündə) şəklində, nəzərimdə (nəzərində), mənə görə (ona görə), mənim fikrimcə (onun fikrincə). □ Mənim gözümdə onun dəyəri yoxdur.
4. Nəzarət, baxım. □ Uşaqda gözün olsun.
5. Xırda dəlik, deşik. □ Aşsüzənin gözləri.
6. Bulağın başladığı yer, suyun çıxdığı yer; qaynaq, mənbə. □ Bulağın gözü tutulub.
7. Kiçik pəncərə; keçmək üçün hasarda, divarda açılmış delik. □ Pəncərənin gözü. Göz yerləri.
8. Yaranın, şişin irin axan yeri. □ Çibanın iki gözü vardır.
9. Hissələrə ayrılmış bir şeyin ayrı-ayrı bölmələri. □ Şkafın gözü.
10. Qoşa və ya üçlülə tüfəngin lülələrindən hər biri. □ Tüfəngin iki gözünü də sıxdım, ancaq heç biri dəymədi. (M.Rzaquluzadə).
11. Tərəzi qablarından hər biri. □ Tərəzinin gözündə meyvə çəkmək.
12. Numerativ söz kimi: adətən saylara qoşularaq, evdə, mənzildə neçə otaq, ya pəncərə olduğunu göstərir. □ Üç göz ev. İki göz pəncərə.
13. Məcazi mənada: alov mənasında. □ Lampanın gözünü çəkmək.
14. Körpünün bir özülündən o biri özülünə qədər olan hissəsi, bölməsi. □ Körpünün üç gözü var.
Həmçinin bax:
1. Sonradan almaq və ya ərə getmək üçün nəzərdə tutulan qız, yaxud da oğlan. □ Əlbəttə, heç bir gözaltın varmı? (Ə.Sadıq).
2. Zərf kimi: başqasına bildirmədən, hiss etdirmədən; gizlincə. □ Gözaltı nəzər salmaq.
Həmçinin bax:
1. Xüsusi cihaz və ya hərəkətlərin köməyi ilə tamaşaçıların gözünü yayındıraraq müxtəlif fokuslar (nömrələr) göstərən sirk artisti.
2. Məcazi mənada: başa düşülməyən, üstüörtülü, anlaşılmayan iş, müəmma. □ Onun işi lap gözbağlayıcıdır.