Gecə saat 12-də, gecənin tən yarısında. □ Gecəyarısı yola düşmək.
Hərdənbir, bəzən. □ Mehriban çox gec-gec gülümsünür, gülümsünəndə də üzündəki tənasüb pozulur.(H.Seyidbəyli).
Bax: gecikdirilmək.
Vaxtında görülməmək, yubadılmaq, ləngidilmək. □ Döl vaxtında keçirilir, yun qırxımı gecikdirilmir. (Ə.Vəliyev).
Bax: gecikdirmək.
Bir işi lazımi vaxtında görməmək, yubatmaq, ləngitmək. □ Lakin gecikdirməyinə səbəb bəzi sirləri aşkara çıxarmaq istəməsidir. (M.İbrahimov).
Bax: gecikmək.
1. Vaxtında gəlməmək, vaxtından gec gəlmək; yubanmaq, gec çatmaq. □ Dərsə gecikmək. 2. Vaxtında olmamaq, ləngimək, təxirə düşmək. □ Qış gecikdi.
Qaynaması uzun çəkən, tez qaynamayan (mayelər haqqında).
Gec olma, vaxtında və ya tez olmama.
Tez olmasa da, mütləq bir vaxt olacaq, bir gün, nə vaxt olursa olsun; labüddən. □ Gec-tez qarşıma çıxacaqsan.
O birilərindən daha gec yetişən, daha gec dəyən, gecdəyən. □ Gecyetişən meyvə. Gecyetişən buğda.
Gedilməsi lazım olan; getməli, gediləsi. □ Allahdan gizlin deyil, sizdən nə gizlin. Mənim bir gedəcək yerim var. (Y.V.Çəmənzəminli).
Gedəndən bəri, gedəndən bu vaxta kimi, getdikdən sonra. □ Canım gedəli bəsi zamandır; Cismimdəki indi özgə candır. (M.Füzuli).
Yoldan ötən hər bir şəxs, hər kəs, hər adam. □ Gedəndən-gələndən soruşmaq.