1. Zoologiya. Gündüzlər yetıb gecələr ov edən, siçana oxşar geniş pərdəqanlı heyvan. □ Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi xain adamlar da xəlvəti xoşlarlar. (M.İbrahimov).
2. Məcazi mənada: gecələr az yatan, yuxusu olmayan, yuxusuz adam haqqında. □ Uşaq lap gecəquşudur.
1. Adətən saylarla işlənərək bir şeyin neçə gecəyə kifayət edəcəyini, neçə gecəyə çatacağını, neçə gecədə görüləcəyini bildirir. □ Bir gecəlik mətləbin bir sənə mabədi var. (Atalar sözü)
2. Gecə geyilən köynək və s. □ Sofiya o qədər ağladı ki, gecəliyinin döşü tamam islandı. (Y.V.Çəmənzəminli)