Klassik ədəbiyyatda dəfə, kərə mənalarında işlənmişdir. □ Müddətdi həsrətəm bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. (Q.Zakir).
Püstə, badam və ya qozdan hazırlanan kövrək şirniyyat növü.
Dialekt. Ağac, şalban və s.-nin başında yarıq, çapıq, haça yer.
Azərbaycan dilinin izahlı lüğəti1. Birisinin əlindən tutaraq, ya qucağına götürərək, yaxud miniyə mindirərək və ya yanınca özü ilə bərabər hərəkət etdirmək; cilovundan tutaraq gəzdirmək. □ Uşağı bağda gəzdirmək. Atı gəzdirmək.
2. Birini özü ilə aparıb, ya onu müşayiət edib göstərmək. □ Şəhəri gəzdirmək.
3. Həmişə yanında saxlamaq, özü ilə birlikdə aparmaq; üzük, saat haqqında. □ Silah gəzdirmək. Saat gəzdirmək.
4. Bir şeyi başqa bir şeyin üstündə dolandıraraq, hər tərəfinə səpmək. □ Plova zəfəran gəzdirmək.
5. Bir şeyi başqa bir şeyin üstünə sürtmək, dolandırmaq. □ Əlini uşağın saçına gəzdirmək.
6. Bir sıra isimlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir. □ Göz gəzdirmək, əl gəzdirmək.
Həmçinin bax: