1. Arabaya, vələ və s.-yə qoşulan heyvanların boynuna keçirilən bir üzü dəri, bir üzü isə keçədən tikilən qoşqu ləvazimatı; xamut. □ Gərdənliyi atın boynuna keçirmək.
2. Boyunbağı (qadın bəzəyi). □ Nə gərdənlik taxdın, nə üzük taxdın. (S.Rüstəm).
1. Gəzinti, seyr.
2. Gəzmə, yerimə tərzi; yeriş. □ Qəmzəsi can alan, gərdişi əla; Doğrudan gözəldir, göyçəkdir,Leyla. (Ə.Cavad).
3. Məcazi mənada: dövran, dövr etmə, dolanma, hərlənmə. □ Nə etmək, fələkin gərdişi rəqqasə qadınlar kimidir. (Ə.Məmmədxanlı).
1. Gərəkdir, lazımdır. □ Gərək gələydi.
2. Modal söz kimi: feildən qabaq işlənərək, onun ifadə etdiyi işin, hərəkətin olmamasının və ya olmasının arzu edildiyini bildirir. □ Gərək susardın.
3. Bağlayıcı kimi: istər, həm. □ Gərək dost, gərək düşmən.
4. İsim kimi: yaraq, silah, ləvazimat. □ Gərəyini götürmək.
5. Gərəkdir şəklində – lazımdır, vacibdir, zəruridir. □ Dərd çəkənə gərəkdir. (Atalar sözü).
Həmçinin bax: