1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. □ Əlini gəmirmək. Qolunu gəmirmək.
2. Çeynəmək, yemək, qırıb tökmək. □ Siçan ipləri gəmirib.
3. Məcazi mənada: çeynəmək, qırıb tökmək. □ Az qalır sahili gəmirsin dəniz; Tufan içindədir bu gün ölkəmiz. (S.Vurğun).
4. Bir sıra isimlərlə yanaşı gələrək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir. □ Bığını gəmirmək. İçini gəmirmək. Ürəyini gəmirmək.
Həmçinin bax:
1. Yeniyetmə, cavan, hələ yaşa dolmamış; gəncliyə xas olan, aid olan. □ Gənc qadın. Gənc qüvvələr.
2. İsim kimi: cavan. □ Qocalar və gənclər.
3. Cavan (ağac və s. haqqında). □ Gənc ağac.
4. Meydana yeni gəlmiş, təcrübəsi az olan. □ Frazeologiya dilçilik elminin gənc sahələrindən biridir.
5. Məcazi mənada: hər hansı bir sahədə fəaliyyətə yeni başlamış. □ Gənc yazıçı.
Xəzinə, dəfinə. □ Guya gənc üstündə yatıbdır.
Həmçinin bax: