Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

gəlmə [gəlmə]

1. Bax: gəlmək.
2. İsim kimi: yerli olmayan, özgə yerdən, kənardan gələn; yad,özgə, qərib. □ Yalnız arvadlar və gəlmələr çölə çıxardı. (Mir Cəlal).
3. Sifət kimi: özgə yerdən gələn. □ Gəlmə adam.

Azərbaycan dilinin izahlı lüğəti

gəlmək [gəlməx'] feil

1. Hərəkət edərək, yeriyərək bir yerə varmaq, çatmaq, yetişmək; üzü danışana tərəf hərəkət etmək, yerimək, yaxınlaşmaq; nəqliyyat vasitəsilə bir yerə varmaq, çatmaq; böyük bir məsafə qət edərək bir yerə çatmaq, yetişmək, varid olmaq. □ Evə gəlmək. Məktəbə gəlmək. Atlılar gəlir. Qatarla gəlmək. Ankaraya gəlmək.

2. Kütləvi şəkildə, axınla hərəkət edərək bir yerdə dayanmaq, məskən salmaq, yerləşmək. □ Yaylağa gəlmək.

3. Eşidilmək, hiss olunmaq, çatmaq. □ Arvad səsi gəlməyən yer biyabandır. (C.Məmmədquluzadə).

4. Çəkisi olmaq, ağırlığı olmaq. □ Qarpız nə qədər gəldi?

5. Görünmək, oxşamaq, təsəvvür edilmək. □ Uzaqdan döyüş asan gələr.

6. Ərə getməyə razı olmaq, birini xoşlayıb ona ərə getmək, evlənmək. □ İndi, görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? (Ü.Hacıbəyov).
7. Yaxınlaşmaq, yetişmək, çatmaq. □ Qış gəlmişdi. Yaz gəlir.
8. Yağmaq. □ Qar gəlir. Dolu gəlir.
9. Təyin olunduğu yerə yetişmək, çatmaq (göndərilən şey haqqında); xəbər, şayiə, məlumat haqqında. □ Bugünkü qəzetlər hələ gəlməyib. Xəbər gəldi.
10. Daxil olmaq, girmək, bir yerə yığışmaq. □ Evinizə gəlmək olarmı? (C.Cabbarlı).
11. Cütləşməyə meyil etmək. □ Qoça gəlmək (qoyun haqqında). Təkəyə gəlmək (keçi haqqında).
12. Acımaq, turşumaq, yetişmək (xəmir haqqında). □ Xəmir gəldi.
13. Məcazi mənada: zahir olmaq, görünmək; qaplamaq, çulğalamaq. □ Üzünə sarılıq gəlmək.
14. Törəmək, nəşət etmək, çıxmaq. □ Onun bu xasiyyəti atasından gəlir.
15. Bir şeyin vətənini, hasil olduğu və ya gətirildiyi yeri göstərir. □ Bizə xına Irandan gəlir.
16. Qoşulmaq, birləşmək. □ Türk dillərində şəkilçilər sözlərin axırına gəlir.
17. Meydana gəlmək, hasil olmaq. □ İşləməkdən adama heç bir zərər gəlməz.
18. Axmaq, cərəyan etmək (qaz və mayelər haqqında). □ Qaz yaxşı gəlir. Burnundan qan gəlir.
19. Çıxmaq, görünmək. □ Pəncərədən işıq gəlir.
20. Görünmək, sanılmaq, təsəvvür edilmək □ Bu sözlər mənə yalan kimi gəlir.
21. Yaramaq, münasib olmaq. □ Bu mənim işimə gəlməz.
22. Yetişmək, bərabər olmaq, uyğun olmaq. □ Paltar əynimə yaxşı gəlir.
23. Bir şeyin nəticəsi olmaq, bir şeydən yaxud bir şeyin nəticəsində törəmək, doğmaq, nəşət etmək. □ Bunlar hamısı işi yaxşı bilmə- məkdən gəlir.

24. Feili bağlama kimi tərkib daxilində işlənir. □ Gəlib-yetişmək. Gəlib çatmaq. Gəlib çıxmaq. Gəlib ötmək.
25. “Gəl”, “gəlin” – bir işə dəvət mənasında xitab kimi işlənir. □ Gəl sabahkı işlərimizdən danışaq.
26. Əmr formasında: gəl – məsləhət, xahiş bildirir. □ Sən gəl, bu işə qarışma.
27. “Gələk” şəklində – keçək, qayıdaq. □ Allaha and olsun ki, burda heç bir günah iş yoxdur... Qərəz, gələk mətləb üstünə! (Ə.Məmmədxanlı).
28. “Gəldikdə” şəklində – ...haqqında danışmaq lazımsa. □ Səba xanımın iş düzəltməsinə gəldikdə, onun nə oyun oynamaq istədiyi mənim üçün aydındır. (M.S.Ordubadi).
29. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir. □ Gözə gəlmək, dilə gəlmək, cana gəlmək, həyəcana gəlmək, ağlına gəlmək.

Həmçinin bax:

frazeologizm: acığı gəlmək frazeologizm: adama gəl-gəl deyir frazeologizm: adı qara gəlmək frazeologizm: adını tutub gəlmək frazeologizm: ağır gəlmək frazeologizm: ağır oturub batman gəlmək frazeologizm: ağız-ağıza gəlmək frazeologizm: ağlı başına gəlmək frazeologizm: ağlına belə gəlməzdi frazeologizm: ağlına da gəlməzdi frazeologizm: ağlına gələni danışmaq (demək) frazeologizm: ağlına gələni etmək frazeologizm: ağlına gəlmək (gətirmək) frazeologizm: ağzı dada gəlmək frazeologizm: ağzından qan iyi gəlmək frazeologizm: ağzından süd iyi gəlmək frazeologizm: anadan əmdiyi süd burnundan gəlmək frazeologizm: ar gəlmək frazeologizm: arxası yerə gəlmək (dəymək) frazeologizm: astarı üzündən baha gəlmək frazeologizm: atın tərs yəhərli gəlsin frazeologizm: avazın yaxşı gəlir, oxuduğun Quran olsa frazeologizm: ayağına getmək (gəlmək) frazeologizm: aybına gəlmək frazeologizm: aydan gəlmək frazeologizm: bab gəlmək frazeologizm: badalaq gəlmək (vurmaq) frazeologizm: baha başa gəlmək frazeologizm: barıt qoxusu gəlmək frazeologizm: başa gəlmək frazeologizm: başabaş gəlmək frazeologizm: baş-başa gəlmək frazeologizm: başına hava gəlmək frazeologizm: başına iş gəlmək frazeologizm: başına qəza gəlmək frazeologizm: bayramı qara gəlmək frazeologizm: bəd gəlmək frazeologizm: bədə tuş gəlmək frazeologizm: bəxti qara gəlmək frazeologizm: bənizinə qan gəlmək frazeologizm: bəyanə gəlmək frazeologizm: bir araya gəlmək frazeologizm: bişmiş toyuğun gülməyi gəlir frazeologizm: boğazı gəlmək frazeologizm: burnundan gəlmək frazeologizm: burnundan piltə-piltə gəlmək frazeologizm: cana gəlmək frazeologizm: canı ağzına gəlmək frazeologizm: canı boğazına yığılmaq (gəlmək) frazeologizm: canına yazığı gəlməmək frazeologizm: cuşa gəlmək frazeologizm: çay gəlməmiş çırmanmaq (soyunmaq) frazeologizm: çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu frazeologizm: dağdan gəlib bağdakını qovmaq frazeologizm: daş qayaya rast gəlib frazeologizm: daşlar dilə gəldi frazeologizm: deməyə dili gəlməmək frazeologizm: deyib gəlmək frazeologizm: dədəsi də gəlsə ... frazeologizm: dəmi gəlmək frazeologizm: dilə gəlmək frazeologizm: dili gəlməmək frazeologizm: dilinə gəlmək frazeologizm: dilinin ucuna gəlmək frazeologizm: dinə-imana gəlmək frazeologizm: doqquzluq gəlmək frazeologizm: dov gəlmək frazeologizm: döş-döşə gəlmək (durmaq) frazeologizm: döşünə süd gəlmək frazeologizm: dünyaya gəlmək frazeologizm: düz gəlməmək frazeologizm: elçi elçi üstündən gəlmək frazeologizm: eşqə gəlmək frazeologizm: evdə bişməyib, qonşudan gəlməyib frazeologizm: eybinə gəlmək frazeologizm: eyninə gəlməmək frazeologizm: əcəli gəlmək (yetmək) frazeologizm: əfi ilana rast gəlmək (olmaq) frazeologizm: ələ gəlməmək frazeologizm: əli gəlməmək frazeologizm: əlimin içindən gəlir frazeologizm: əlindən gəlmək frazeologizm: əlindən zara (zinhara) gəlmək frazeologizm: əlinə pul gəlmək frazeologizm: əlinin içindən gəlmək frazeologizm: əmələ gəlmək frazeologizm: ərsəyə gəlmək frazeologizm: əsəri gəlmək frazeologizm: ətə-cana gəlmək frazeologizm: ətə-qana gəlmək frazeologizm: Əzraillə burun-buruna gəlmək frazeologizm: fələk gəlsə də frazeologizm: fələyin qəzəbinə gəlmək frazeologizm: fırıldaq gəlmək frazeologizm: fikrə gəlmək frazeologizm: fikrinə gəlmək frazeologizm: gəl-gəl deyir frazeologizm: gəliş gəlmək frazeologizm: gözə gəlmək frazeologizm: göz-gözə gəlmək frazeologizm: gözünə çimir gəlməmək frazeologizm: gözünə işıq gəlmək frazeologizm: gözünə qara su gəlmək frazeologizm: gözünə pərdə gəlmək frazeologizm: gözünün qabağına gəlmək (gətirmək) frazeologizm: güc gəlmək frazeologizm: gümanı gəlmək frazeologizm: günüqara gəlmək frazeologizm: hala gəlmək frazeologizm: hasilə gəlmək frazeologizm: havası gəlmək frazeologizm: heyfi gəlmək frazeologizm: heyrətə gəlmək frazeologizm: həcdən gələn mən, xəbər verən bu frazeologizm: hədə-qorxu gəlmək frazeologizm: hər ağızdan bir avaz gəlir frazeologizm: hərbə-zorba gəlmək frazeologizm: hərəkətə gəlmək frazeologizm: hərənin ağzından bir avaz gəlir frazeologizm: həyəcana gəlmək frazeologizm: hiylə gəlmək (işlətmək) frazeologizm: huşa gəlmək frazeologizm: huşu başına gəlmək frazeologizm: xala, xala, gəl dalaşaq frazeologizm: xandan gəlmiş nökərəm, dinmə, dişlərini tökərəm frazeologizm: xeyir gələn yerə papaq (barmaq) tıxamaq frazeologizm: xəbəri üstünə gəlmək frazeologizm: xələl gəlmək frazeologizm: xəyalına gəlmək (gətirmək) frazeologizm: xox gəlmək frazeologizm: xoş gəlmək frazeologizm: xoşa gəlmək frazeologizm: xoşuna gəlmək frazeologizm: imana gəlmək frazeologizm: imana-dinə gəlmək frazeologizm: inanmağı gəlməmək frazeologizm: insafa gəlmək frazeologizm: ipə-sapa yatmamaq (gəlməmək) frazeologizm: irəli gəlmək frazeologizm: işığa gəlmək frazeologizm: işıq gələn yerə barmaq tıxamaq frazeologizm: işinə gəlmək frazeologizm: it gəldi, örkən apardı frazeologizm: kara gəlmək (yetmək) frazeologizm: karına gəlmək frazeologizm: keçiləri gəlmək frazeologizm: kefi durmaq (gəlmək) frazeologizm: kəf gəlmək frazeologizm: kələk gəlmək frazeologizm: kəllə-kəlləyə gəlmək frazeologizm: kirdarı gəlməmək frazeologizm: kündəsi küt getmək (gəlmək) frazeologizm: kürəyi yerə gəlmək frazeologizm: qan iyi gəlmək frazeologizm: qara ilana rast gəlmək (olmaq) frazeologizm: qara-qorxu gəlmək frazeologizm: qənaətə gəlmək frazeologizm: qərara gəlmək frazeologizm: qərarı gəlməmək frazeologizm: qırmızı gülləyə tuş gəlmək frazeologizm: qulağının dibindən halva iyi gəlir frazeologizm: ləzgihəngi gəlmək frazeologizm: meydana gəlmək frazeologizm: Məkkədən gələn mən, xəbər verən bu frazeologizm: məqamı gəlmək (yetişmək) frazeologizm: məscidin qapısı açıqdır, itin abrına nə gəlib frazeologizm: mətləb üstə gəlmək frazeologizm: molla gəlmişkən ölən ölsün frazeologizm: nə badağa gəlir, nə hodağa frazeologizm: nəfəsi gəlmək frazeologizm: nəfsinə qalib gəlmək frazeologizm: nəticəyə gəlmək frazeologizm: nəzərə gəlmək frazeologizm: nişana gəlmək frazeologizm: nömrə gəlmək frazeologizm: o dünyanı görüb gəlmək (qayıtmaq) frazeologizm: od almağa gəlib frazeologizm: ortaq məxrəcə gəlmək frazeologizm: ödü ağzına gəlmək frazeologizm: öhdəsindən gəlmək frazeologizm: ölçüyə gəlməmək frazeologizm: ölümü gəlmək frazeologizm: ömrü-günü qara gəlmək frazeologizm: özümə nə gəlib? frazeologizm: özünə gəlmək frazeologizm: özünə həkk gəlmək frazeologizm: pis nəfəsə gəlmək frazeologizm: pisinə gəlmək frazeologizm: rast gəlmək frazeologizm: rəhmə gəlmək frazeologizm: rəhmi gəlmək frazeologizm: rəngə-ruha gəlmək frazeologizm: rəngi özünə gəlmək frazeologizm: ruha gəlmək frazeologizm: ruzigarı qara gəlmək frazeologizm: saqqal dalınca gedib bığı da qoyub gəlmək frazeologizm: səsi ağır gəlmək frazeologizm: səsi quyunun dibindən gəlmək frazeologizm: səsi özünə xoş gəlir frazeologizm: söz gəlmək frazeologizm: sözləri çəp gəlmək frazeologizm: sözləri düz gəlmək frazeologizm: sözü düz gəlmək frazeologizm: suyuşirin gəlmək frazeologizm: şahmar ilana rast gəlmək frazeologizm: şeytana kələk (kəf) gəlmək frazeologizm: şeytanın da ağlına gəlməz frazeologizm: şələni qoy, gəl dalaşaq frazeologizm: tamah güc gəlmək frazeologizm: tanış gəlmək frazeologizm: təbi gəlmək frazeologizm: tələ yiyəsi gəlmək frazeologizm: təngə gəlmək frazeologizm: təzə gəldi bazardan, köhnə düşdü nəzərdən frazeologizm: tuş gəlmək frazeologizm: uğuruna çıxmaq (gəlmək) frazeologizm: ürəyi ağzına gəlmək frazeologizm: ürəyi gəlməmək frazeologizm: ürəyi yerinə gəlmək frazeologizm: ürəyinə gəlmək frazeologizm: ürəyinə qara fikirlər gəlmək frazeologizm: ürəyinə qara-qura gəlmək frazeologizm: ürəyinə təpər gəlmək frazeologizm: üstün gəlmək frazeologizm: üzü astarından baha başa gəlmək (çıxmaq) frazeologizm: üzü gəlməmək frazeologizm: üz-üzə gəlmək frazeologizm: vecə gəlmək frazeologizm: vəcdə gəlmək frazeologizm: yazığı gəlmək frazeologizm: yediyi burnundan gəlmək frazeologizm: yeri gəlmək (düşmək) frazeologizm: yeri gəlmişkən frazeologizm: yersiz gəldi, yerli, qaç frazeologizm: yola gəlmək frazeologizm: yumurtası tərs gəlmək frazeologizm: zara gəlmək frazeologizm: zarafat gəlməsin frazeologizm: zavala gəlmək frazeologizm: zavala gəlməmək frazeologizm: zinhara gəlmək frazeologizm: zor gəlmək zərf: necə gəldi Azərbaycan dilinin izahlı lüğəti