1. Sifət kimi: zaman baxımından hələ çatmamış, lakin çatması gözlənilən, indi yox, sonra olacaq; gözlənilən. □ Gələcək zaman. Gələcək gün.
2. Hələ çatmamış, lakin çatması gözlənilən zaman. □ Gələcəkdən danışmaq.
3. Bir şeyin indiki deyil, sonrakı vəziyyəti, halı, taleyi. □ Uşağın gələcəyi.
4. Gələcəkdə şəklində zərf - bir iş və ya hadisənin sonradan, gələcək zamanda baş verəcəyini göstərir. □ Gələcəkdə şəhərə köçmək.
1. Bundan sonrakı, gələcək, gözlənilən, növbədəki. □ Gələn həftə kəndə yola düşmək.
2. Bir işi davam etdirən, nəsli əvəz edən; nəsil (əsasən cəmdə işlədilir). □ Hansı nicat yolunu açdıq ki, bizdən sona gələnlər də hücum bizim günümüzə düşməsin? (C.Məmmədquluzadə).
3. İsim kimi: qonaq, mehman. □ Gələnləri qarşılamaq.
Həmçinin bax:
1. Ardı-arası kəsilməyən bol gəlir. □ Elə gəlhagəlin belə də gethagedi olar.
2. Məcazi mənada: ardı-arası kəsilməyən. □ Keyfiningəlhagəlidir, a bəxtəvər. (Ə.Haqverdiyev).
Uzun yol gələrək, böyük məsafə qət edərək; gələ-gələ. □ Gəlhagəl kəndə çatdılar.
Azərbaycan dilinin izahlı lüğəti1. Toyu keçirilən, ərə gedən qız; təzəcə toyu olmuş, ərə getmiş cavan qadın. □ Gəlin havası. Gəlin gətirmək.
2. Qayınanaya, qayınataya görə oğlun arvadı. □ Sədəf öz gəlinini qucaqlayaraq məhzun baxışları ilə onu süzdü.(S.Vəliyev).
3. Məcazi mənada: çox bəzəkli, gözəl, qəşəng, xoşagələn şey haqqında. □ Azərbaycanın Göygöl kimi gözəl və misilsiz bir gəlini var. (M.İbrahimov).
4. Uşaq oyuncağı; kukla. □ Səntək qızlar hələ gəlin oynadar. (C.Məmmədquluzadə).
Həmçinin bax: