Bir yerə çox gedib-gəlmə. □ Bu get-gəllər bazarına dəvədi dünya.. (M.Araz).
Həmçinin bax:
Bax: getmək.
Həmçinin bax:
1. Addım ataraq hərəkət etmək; yerimək, addımlamaq; nəqliyyat vasitəsində hərəkət etmək; bir yerə gedərkən birisinə yoldaşlıq etmək; eyni mənada nəqliyyat vasitələri haqqında; olduğu yeri tərk etmək,oradan çıxıb getmək. □ Piyada getmək. Qatarla getmək. Bacısı ilə şəhərə getmək. Qatar gecə gedir. İclasdan yarımçıq getmək.
2. Başqa yerə varmaq üçün olduğu yerdən ayrılmaq, yola düşmək, istiqamət almaq. □ Türkiyəyə getmək.
3. Keçmək, ötmək, keçib getmək. □ Xiyabanla getmək.
4. Özünə sənət, peşə seçmək, bir işin dalınca varmaq. □ Həkimliyə getmək.
5. Yolda, hərəkətdə olmaq (göndərilən şey haqqında). □ Saat neçədə gedirsən?
6. Cərəyan etmək, vaqe olmaq, davam etmək. □ İçəridə seminar gedir.
7. Yaxınlaşmaq, az qalmaq. □ Günəş batmağa doğru gedirdi. (M.Ibrahimov).
8. Bitmək, qurtarmaq, ötmək, keçmək, sona çatmaq. □ Gənclik getdi.
9. Lazım olmaq, çatmaq, sərf olunmaq. □ Xalata 5 metr parça gedir.
10. Tamaşaya qoyulmaq, göstərilmək. □ Televiziyada yaxşı film gedirdi.
11. Aparıb çıxarmaq (yol haqqında). □ Bu yol Nabrana gedir.
12. Məcazi mənada: ölmək, dünyanı tərk etmək. □ İnsan bir gün gəlmiş, bir gün gedəcək. (M.Müşfiq).
13. Evlənmək, ərə getmək. □ Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi? (Ü.Hacıbəyov).
14. Bir ünvana göndərilmək, çatdırılmaq. □ Məktub Moskvaya gedəcək.
15. Məcazi mənada: rəvac olmaq, satılmaq. □ Mal yaxşı gedir.
16. Axmaq, cərəyan etmək (maye haqqında). □ Evin dalından su gedirdi.
17. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir. □ Fikrə getmək. Xəyala getmək. Rəngi getmək.
Həmçinin bax: