1. Sakit, səssiz, dinməz-söyləməz. □ Birdən Məcid Səmədə sarı dönüb, divar uzunu farağat oturmuş adamlara işarə etdi. (İ.Hüseynov).
2. Hərbi. Hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda. □ Farağat komandası.
3. Hərbi. Zərf kimi: hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda. □ Keşikçi .. farağat vəziyyətində durdu. (Ə.Əbülhəsən).
4. Zərf kimi: asudə, sakit, dinc, xatircəm, arxayın. □ Farağat yaşamaq.
5. Sakit, dinc, yazıq, fağır. □ ..A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. (M.F.Axundzadə).
Həmçinin bax:
1. Vaxtından, mövsümündən qabaq, tez əkilən. □ Faraş əkin. Faraş səpin.
2. Mövsümündən, vaxtından qabaq doğulan (ev heyvanları haqqında). □ Faraş balalar isə hər gün çimizdirilməli və sərinlikdə saxlanmalıdır.
3. Tezyetişən, tezböyüyən. □ Faraş kələm. Faraş göyərti.
1. Günah işlərlə məşğul olan adam; dinsiz. □ ..Ağa adını müctəhid qoyub, amma yalançıdır, fasiqdir. (Ə.Haqverdiyev).
2. Sifət kimi: məlun, böhtançı, fitnəçi, araqarışdıran. □ ..Yaxşı ad qazanmaqda şöhrət tapmalı, fasiq adamı günah üstündə, xüsusilə, xalq içində danlamamalıdır. (“Qabusnamə”).
Azərbaycan dilinin izahlı lüğəti1. İşin, fəaliyyətin müvəqqəti dayandırıldığı, ara verdiyi vaxt; bir işin qurtarması və başqa işin başlanması arasındakı qısa vaxt, müddət. □ Murad bir anlıq fasilədən sonra davam etdi. (İ.Əfəndiyev).
2. Tənəffüs, aravermə. □ ..yoldaşlarımız dərslərin arasındakı fasilələrdə sinfin qapısını bağlayıb, mahnı oxuyur, biz də onlarla xor təşkil edirdik. (T.Ş.Simurq).
3. Məsafə, ara. □ Amma “Həblülmətin”.. bunu görmür və bilmir ki, Osmanlı ilə Kəlkətənin fasiləsi çoxdur. (C.Məmmədquluzadə).
Həmçinin bax: