Botanika. Coğrafiya. Quraq iqlim şəraitində parçalanmış dağ yamaclarında bitən, alçaqboylu, adətən, həmişəyaşıl kserofit kol və yarımkollar.
Geologiya. Vulkanın kraterində və yamaclarında yerin altından qaz sızan çatlar, deşiklər.
1. Coğrafiya. Dayazlıqların ölçülməsi üçün istifadə edilən və üzərində bölgü olan şüvül.
2. Coğrafiya. Okeanda, dənizdə, çayda suyun səviyyəsinə nəzarət etmək üçün hər hansı məntəqədə daimi bərkidilmiş şüvül.
Dərman hazırlanması və satışı üzrə mütəxəssis, əczaçı.
Əhəmiyyət vermək, diqqət yetirmək.
Arxaizm. Yoxsulluq, fağırlıq, ehtiyac.
Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur,
Hiç dərvişi sənin tək görmədim sultanpəsənd. (M.Füzuli)
Geologiya. Misin mürəkkəb sulfidlərindən ibarət minerallar qrupu.
Geologiya. Olivin qrupundan mineral; forsterit-fayalit izomorf sırasının son üzvü.
Geologiya. Alümosilikatlardan ibarət mineral qrupu.
Bax: çölşpatları.
Geologiya. Silikatlar sinfinə aid triqonal sinqoniyalı mineral.
Geologiya. Monoklinal fonda çox dik yatmış süxur laylarından ibarət tektonik struktur; horizontal yatmış süxurların dirsək şəkilli əyilməsi.
Geologiya. Qırıntı mənşəli dəniz çökmə süxurlarının qalın qatı.
Geologiya. Mikalar qrupundan monoklinik sinqoniyalı mineral.
Geologiya. Kubik sinqoniyada kristallaşaraq, adətən, kub, oktaedr formalı kristallar, druz, dənəli aqreqatlar əmələ gətirən mineral.