1. Qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş; başqalarından ayrılan, başqalarına bənzəməyən; qeyri-adi, müstəsna. □ Mən fövqəladə bir iş görən adamlar kimi ciddi və həyəcanlı idim. (İ.Əfəndiyev).
2. Son dərəcə güclü. □ ..uşaq xəyalında Dilman fövqəladə bir cəngavər kimi ucalmışdı. (M.Hüseyn).
3. Təcili, xüsusi olaraq müəyyən olunmuş, qəbul edilmiş, növbədənxaric. □ Fövqəladə qurultay.
4. Ölkənin həyatında əmələ gələn müstəsna vəziyyətdən törəyən, onunla əlaqədar olan. □ Fövqəladə vəziyyət.
Həmçinin bax:
1. Qeyri-adi əxlaqı, zehni, zəkası, təbiəti etibarilə adi insanlardan fərqlənən adam. □ ..Əgər fövqəlbəşər olmaq dilərsən; Kənar ol daima cinsibəşərdən! (H.Cavid).
2. Güclü iradəyə malik olub, özünü cəmiyyətdən yüksək, onun hüquqi və əxlaqi normalarından kənarda sayan adam.
1. İncəsənət. Hər hansı incəsənət – rəssamlıq, memarlıq, heykəltəraşlıq və s. əsərlərinin salamat qalmış hissəsi, parçası; qırıq, parça. □ Baletdən fraqmentlər.
2. İncəsənət. Əsərin, mətnin bir hissəsi; parçası; kinonun və teatrın bir və ya bir neçə epizodu. □ Qədim əlyazmanın fraqmenti.