Dövri mətbuat orqanı (qəzet, jurnal və s.) üçün şəkil çəkən fotoqraf.
Fotoaparatın obyektivi.
Fotoşəkillər vasitəsilə verilən reportaj; bu vasitə ilə reportaj vermə.
Fotoreportajla məşğul olan fotoqraf.
Həvəskar fotoqraf, həvəskar kimi fotoqrafiya ilə məşğul olan adam. □ Fotosevərlərin sərgisi.
Fotoşəkillərdən ibarət sərgi. □ Qələbə gününə həsr edilmiş fotosərgi.
Poliqrafiya. Çap üçün sink klişelər hazırlamağın fotomexaniki üsulu.
Sənədin, əlyazmasının və s.-nin fotoqrafiya üsulu ilə çıxarılmış surəti, üzü, nüsxəsi. □ Əlyazmanın fotosurəti.
Foto ilə çəkilmiş şəkil; fotoqrafiya, şəkil. □ Fotoşəkillər üzrə müsabiqə.
Fotoşəkillərin və ya fotoqrafiya neqativlərinin toplanılıb saxlandığı yer, arxiv.
Hərəkətsiz təsvirləri (şəkil, əlyazma, fotoşəkil və s.) teleqraf və ya radio vasitəsilə uzaq məsafəyə vermək üçün aparat. □ Rabitə salonunda yeni fototeleqraf cihazı qoyulmuşdur.
Fototeleqraf vasitəsilə verilən teleqram.
Günəşdən və ya süni mənbələrdən alınan işıq şüalarının müalicə məqsədilə tətbiq olunması; işıqla müalicə. □ Şişlərdə, qanaxmalarda, ürək-damar çatışmazlığında, böyrək xəstəliklərində fototerapiyadan istifadə etmək olmaz.
Klassik ədəbiyyatda nalayiq söz, söyüş, ədəbə, tərbiyəyə və əxlaqa müğayir hərəkət, iş, əməl, əxlaqsızlıq mənalarında işlənmişdir. □ Sarıköynəyin əri əsəbi bir halda föhş və söyüşlə mənim mənzilimə gəldi. (S.Hüseyn).
1. Ədəbə, tərbiyəyə və əxlaqa müğayir iş, əməl, hərəkət; əxlaqsızlıq. 2. Əxlaqsız və ədəbsiz səhnələri təsvir edən ədəbi əsərlər və ya şəkillər.