1. Bir iş görərkən (rəqs edərkən, təyyarədə uçarkən və s.) birinin və ya bir şeyin aldığı vəziyyət. □ Rəqsin ayrı-ayrı fiqurları.
2. Musiqi. Musiqi əsərini mürəkkəbləşdirən, gözəlləşdirən ritmik-melodik element.
3. İncəsənət. Rəssamlıqda, heykəltəraşlıqda insan və ya heyvan təsviri. □ “İdmançı qız” fiquru.
4. Teatr-kino. Surət, tip, xarakter.
5. Düzgün, qəşəng bədən quruluşu; qədd-qamət, boy-buxun; ümumiyyətlə, bədən. □ Qızın gözəl fiquru var.
6. Ən böyük oyun kartının (tuz, qoca, qız, oğlan) adı.
7. İdman. Şahmat oyununda piyadadan fərqli olaraq şah, vəzir, top, fil, at. □ İki fiqur və üç piyada.
8. Riyaziyyat. Müstəvinin qapalı xətlə məhdudlaşmış hissəsi; habelə müəyyən qaydada düzülmüş nöqtələrin, xətlərin, səth və cisimlərin hamısı bir yerdə. □ Burada çoxlu həndəsi fiqurlar, riyazi sxemlər və formullar vardır.
Həmçinin bax:
1. Kənarları, dövrəsi düzxətli olmayan, qırçın, mürəkkəb formada olan. □ Fiqurlu peçenye.
2. Üzərində basma, naxış olan; naxışlı. □ Fiqurlu kitab cildi.
3. Fiqurla ifa olunan. □ Fiqurlu rəqs. Fiqurlu konkisürmə.
4. Şahmat oyununda böyük fiqurlar vasitəsilə icra olunan. □ Şah cinahına fiqurlu hücum.
1. Zoologiya. Tropik meşələrdə yaşayan uzun və qüvvətli xortumlu, tüksüz, otyeyən məməli iri heyvan. □ Fil dörd dizi olan yeganə məməli heyvandır. Filin bir fikri var, filbanın min. (Atalar sözü).
2. Diaqonal üzrə istənilən xanaya hərəkət edən şahmat fiquru. □ Zəki Gülşənin necə oynayacağını əvvəldən bilirmiş kimi fili irəli itələdi. (M.Süleymanov).
Həmçinin bax: