Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fauna [fauna] isim latın

Zoologiya. Coğrafiya. Müəyyən ərazi və ya akvatoriyada yaşayan heyvanlar aləmi. □ Fauna aləmi.

Həmçinin bax:

coğrafiya: dəniz faunası coğrafiya: fauna rayonlaşdırması coğrafiya: qütb faunası coğrafiya: şirin su faunası coğrafiya: tropik fauna Azərbaycan dilinin izahlı lüğəti

favorit [favarit] isim fr. favorite < lat. favor – xoş məram, meyil edən, irəlidə gedən

1. Yüksəkvəzifəli şəxsin sevimlisi olan və himayədarından mənfəət və üstünlük əldə edən işçi; sevimli, istəkli. □ Favorit olmaq.

2. İdman yarışlarında (xüsusilə cıdır yarışlarında) əksər azarkeşlərin fikrincə qələbəyə daha çox şansı olan yarış iştirakçısı. □ Favorit komanda.

Azərbaycan dilinin izahlı lüğəti

fayl [fayl] isim ing. file – səhifə, qovluq

1. İnformatika. Müəyyən proqram təminatı (Word, Excel, Photoshop, CorelDraw və s.) vasitəsilə yaradılan, kompüterin yaddaşında və ya elektron informasiya daşıyıcılarında saxlanılan informasiya vahidi. □ Fayldakı məlumat mətn, şəkil, audio və ya video xarakterli ola bilər.

2. Ayrı-ayrı vərəqləri yığıb saxlamaq, daşımaq üçün şəffaf sellofan qovluq. □ Sənəd üçün fayl.

Azərbaycan dilinin izahlı lüğəti

faza [faza] isim yun. phasis – təşəkkül, yaranma

1. Cəmiyyətdə və təbiətdə hər hansı prosesin inkişafında ayrıca bir mərhələ.

2. Geologiya. Süxurların xarakterini müəyyən edən kiçik vaxt vahidi.

3. Astronomiya. Günəşdən işıqlanma və Yerə görə vəziyyətlərindən asılı olaraq Ay və planetlərin müxtəlif tezlikli dövrələri.

4. Elektrotexnika. Generator sarğısının ayrıca qrupu, habelə onu birləşdirən naqil (elektrik keçiricisi). □ Fazaların dəyişmə qaydası.

Həmçinin bax:

coğrafiya: fenoloji faza Azərbaycan dilinin izahlı lüğəti

fazenda [fazenda] isim port. fazenda – malikanə, dəbdəbəli ev

Latın Amerikası ölkələrində (məs.: Braziliyada) böyük malikanə; torpaq və təsərrüfat sahibinin zəngin, dəbdəbəli evi. □ Fazendada dincəlmək.

Azərbaycan dilinin izahlı lüğəti

federasiya [federasiya] isim lat. foederatio – ittifaq, birlik

1. Ayrı-ayrı subyektləri özündə birləşdirən dövlət quruluşu və birlik forması. □ Federasiya yaratmaq.

2. Ayrı-ayrı cəmiyyət və təşkilatların peşə və digər prinsiplərə əsaslanan birliyi. □ Azərbaycan Şahmat Federasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

femida [femida] isim yun. Themis < Themidos – hüquq ilahı

Qədim yunan mifologiyasında Zevsin arvadı və ədalət ilahəsi. □ Femida hüquq və ədalətin, ədalət məhkəməsinin simvoludur.

Azərbaycan dilinin izahlı lüğəti

feminizm [feminizm] isim fr. feminisme < lat. femina – qadın

Qadınların bütün vətəndaş hüquqları ilə təmin olunması, qadın diskriminasiyasının aradan qaldırılması uğrunda mübarizə, ictimai-siyasi hərəkat. □ Feminizm hərəkatı.

Azərbaycan dilinin izahlı lüğəti

fenomen [fenamen] isim yun. phainomenon – peyda olan

Müstəsna hadisə, qeyri-adi fakt; nadir şəxsiyyət. □ M.Ə.Rəsulzadə fenomeni.

Azərbaycan dilinin izahlı lüğəti

feyerverk [feyerverk'] isim alm. feuerwerk < feuer – atəş, alov + werk – əmək, iş

Qələbə, bayram və s. zamanı havaya atılan barıt tərkibli müxtəlif maddələrin yanması nəticəsində səmada yaranan əlvan işıqlar palitrası; atəşfəşanlıq. □ Feyerverkin başlanması.

Azərbaycan dilinin izahlı lüğəti

feysbuk [feysbuk'] isim ing. facebook < face – üz + book – kitab

İnsanların internet vasitəsilə bir-biri ilə əlaqəsini, yazışmasını, fikir mübadiləsini təmin edən sosial şəbəkə, virtual məkan. □ Feysbuk səhifəsi.

Azərbaycan dilinin izahlı lüğəti

fiasko [fiyask'o] isim ital. fiasco – uğursuzluq

Müvəffəqiyyətsizlik, uğursuzluq, iflas; hansısa planı, ideyanı gerçəkləşdirərkən uğursuzluğa düçar olmaq, uduzmaq. □ Fiaskoya uğramaq.

Azərbaycan dilinin izahlı lüğəti

fiksasiya [fik'sasiya] isim fr. fixtation < lat. fixus – bərk, sarsılmaz

Qeydə almaq; adətən, hərəkətdə olan bir şeyi müəyyən vəziyyətdə saxlayıb bərkitmək, hərəkətsiz vəziyyətə gətirmək. □ Fiksasiya etmək.

Azərbaycan dilinin izahlı lüğəti

fiksiya [fik'siya] isim lat. fictio – uydurma, xəyal, əfsanə

1. Mövcud olmayan bir şey, uydurma, təxəyyül.

2. Gerçəkliyin təhrif olunması, onun müəyyən məqsədlə hansısa şərti formaya salınması.

Azərbaycan dilinin izahlı lüğəti

filantrop [filantrop] isim yun. philanthropia – insansevər < phileo – sevirəm + anthropos – insan

Yoxsullara kömək edən, xeyriyyəçi, insansevər, humanist. □ Filantrop yanaşma.

Azərbaycan dilinin izahlı lüğəti