1. İtaliyada 1922-1943-cü illər arasında mövcud olan və imperialist burjuaziyanın ən təcavüzkar dairələrinin mənafeyini ifadə edərək dövlət sərhədlərini genişləndirməyi qarşısına məqsəd qoyan, hakimiyyətin tək bir partiyanın əlində toplandığı rejim, açıq terrorçuluq diktaturası. □ Vuruşan xalq, qalib gələn xalq .. faşizm kabusunu Yer üzündən silib məhv etmədikcə öz tarixi vəzifəsini bitməmiş sayacaqdır. (M.Hüseyn).
2. Demokratik azadlıqlara son qoyaraq yerinə qatı şovinizm, irqçilik gətirən və avtoritar sistem yaratmaq məqsədi güdən siyasi cərəyan.
1. Köndələn və incə zolaqları olan sıx ipək və ya yun parça. □ 5 metr fay.
2. Sifət kimi: həmin parçadan tikilmiş. □ Fay paltar.
Geologiya. Süxurların tektonik qırılma yerdəyişməsi növlərindən biri. □ Faylar, əsasən, dartılma şəraitində əmələ gəlir.
Azərbaycan dilinin izahlı lüğəti