1. Bütün elm və fəaliyyət sahələrinə dair, yaxud bir sahə, ölkə və şəxsiyyətlə bağlı hərtərəfli, sistemli, ən vacib və yığcam məlumat verən elmi nəşr, toplu. □ Üzeyir Hacıbəyli ensiklopediyası.
2. Məcazi mənada: həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında.
Azərbaycan dilinin izahlı lüğəti1. Tibb. Yaşayış yerində (ölkədə, rayonda) hər hansı virusun, yoluxucu xəstəliyin kütləvi şəkildə yayılması. □ Qrip epidemiyası.
2. Məcazi mənada: çox tez və geniş yayılan hər hansı bir şey haqqında. □ Götenin "Gənc Verterin iztirabları" əsərinin təsiri ilə intiharlar epidemiya kimi yayılmağa başladı.
Azərbaycan dilinin izahlı lüğətiTibb. Nevroloji xəstəlik – beyində patoloji oyanıq sahənin yaranması və bunun nəticəsində tutmalar, qıcolma zamanı sinir impulslarının üzə çıxması. □ Bir çox məşhur adamlar epilepsiya xəstəliyinə düçar olmuşlar.
Azərbaycan dilinin izahlı lüğəti1. Geologiya. Torpağın, Yer qabığının axar sular, buz və ya külək təsiri ilə dağılması prosesi. □ Axar suların yuyucu fəaliyyətinə geologiya elmində eroziya, kimyəvi fəaliyyətinə isə korroziya deyilir. (M.Qaşqay).
2. Fizika. Kimya. Paslanma; mexaniki təsir nəticəsində metalların pas atması. □ Dəmirin eroziyası.
3. Məcazi mənada: insanda, cəmiyyətdə gedən aşınma, deqradasiya. □ Eroziyaya uğramaq.
Həmçinin bax: