Kainatda baş verən yaranışlar, təşəkkül və təkamül, həyatın prosesləri, eləcə də yayılmasını öyrənən elm sahəsi.
E. terminini ilk dəfə yazıçı – fantast Robert Haynloyn (1954) işlətmişdir. □ Ekzobiologiyada yeni kəşflər.
Azərbaycan dilinin izahlı lüğətiCəncəl hərəkət, nəyi isə ümumi davranış qaydalarına zidd formada təqdim etmək; ümumi norma və qaydaları pozan davranış tərzi.
Qəsdən, diqqət cəlb etmək məqsədi ilə cəmiyyətdə qəbul olunmuş mənəvi, hüquqi, sosial və digər normalara zidd olan təxribat xarakterli çıxış və ya şok doğuran davranış nümayiş etdirmək. □ Epataj davranış.
Azərbaycan dilinin izahlı lüğəti1. Qaranlıqdan işıqlı dünyaya çıxma, qurtulma; bir sıra türk xalqlarında qurtuluş və azadlığa çıxma bayramı; türk mifologiyasında martın 21-nə təsadüf edən yenidən törəniş və birlik bayramı. □ Ergenekonu qeyd etmək.
2. Türklərin törənişi haqqında dastan; düşmən təqibindən qaçaraq əlçatmaz yerdə gizlənməyə nail olan, 3-4 əsr yaşayaraq artıb-törəyən və Boz qurdun köməyi ilə işıqlı dünyaya çıxmış göytürklər haqqında mifik rəvayət. □ Ergenekon dastanı.
3. Türkiyədə ilkin dövrlərdə (1950 - 60) dövləti və ordunu qoruma instiktini yaşatmaq məqsədilə yaradılmış təşkilat. □ Ergenekon əməliyyatı.
Azərbaycan dilinin izahlı lüğətiİş yerində insanın rahatlığını təmin edən, məhsuldarlığı artıran, enerji sərfini azaldan şəraitin yaradılması məqsədilə insanın davranışından tutmaq, onun bədən üzvlərinin hərəkətinə qədər bütün incəlikləri öyrənən tədqiqat sahəsi.
E. terminini ilk dəfə polşalı alim Voyçex Yastşembovski (1857) işlətmişdir. □ Erqanomika probleminin aktuallaşması.
Azərbaycan dilinin izahlı lüğəti1. Şəhərkənarında xudmani ev; park və pavilyonları olan ayrıca ev. □ Ermitajda istirahət etmək.
2. Geniş salonlarında müxtəlif sərgilərin, rəsm və sənət nümunələrinin, kolleksiyaların nümayiş etdirildiyi bina; bədii əsərlər və zəngin mədəni-tarixi eksponatları olan muzey. □ Dövlət Ermitajına ekskursiya.
Azərbaycan dilinin izahlı lüğəti1. Faydalı siqnalın rabitə kanalında təhrifə uğramış şəkildə səhv qəbul edilməsi.
2. Ölçmə zamanı xəta səbəbindən parametrin həqiqi qiymətindən fərqli qiymətin müəyyən olunması. □ Errora uğramaq.
3. Texniki vasitələrdə olan zədələrə (yaxud operatorun səhvi səbəbindən) görə sistemin işində yaranan fasilə; yaxud sistemin fəaliyyətinin dayanması. □ Errorun ağır nəticəsi.
Azərbaycan dilinin izahlı lüğəti