Kitabın müəyyən şəxsə və ya kitabxanaya məxsus olduğunu bildirmək üçün kitabın cildinin içəri tərəfindən yapışdırılaraq kitab sahibinin zövqünü ifadə edən rəmzi şəkil. □ C.Müfidzadənin ekslibrisi.
Azərbaycan dilinin izahlı lüğəti
1. Heyvan və bitki orqanlarının, toxumalarının, hüceyrələrinin orqanizmdən kənar xüsusi qidalandırıcı mühitdə yetişdirilməsi. □ Eksplantasiya işi aparmaq.
2. Zorakı və ya hər hansı digər üsullardan istifadə edərək dövlətlərin, ictimai qrupların, təşkilatların nüfuz dairələrinin genişləndirilməsi. □ Eksplantasiya siyasəti.
Azərbaycan dilinin izahlı lüğəti1. Hər hansı təsvirin, qrafika və ya xəritənin şərti işarələrinin və izahlarının məcmusu. □ Xəritənin eksplikasiyası.
2. Muzeyin hər zalının girişində yerləşdirilən ekspozisiya və sərgi şöbələrinin qısa təsviri. □ Eksplikasiya mətni.
Azərbaycan dilinin izahlı lüğətiFəlsəfənin insan şəxsiyyətinin mövcudluq formasını bildirən əsas anlayışı.
E. anlayışını elmə ekzistensializm cərəyanının atası sayılan Danimarka filosofu Ç.Kürkeqor gətirib. □ Ekzistensiya anlayışı.
Azərbaycan dilinin izahlı lüğətiSeçki günü məntəqələrin çıxışında yenicə səs vermiş vətəndaşlarla keçirilən sorğu.
E.p.-lar kütləvi informasiya vasitələrində son dərəcə populyardır. Onların nəticələrini ümumxalq səsverməsinin rəsmi nəticələri ilə tutuşdurmaqla seçkilərin nə dərəcədə ədaləti olduğu barədə rəy vermək mümkündür. E.-un ixtirasında mətbuatın rolu heç də sosiologiyanın və politologiyanın rolundan az olmamışdır. Tarixdə ilk belə sorğu keçirmiş mütəxəssislər arasında iki şəxsin adı çəkilir: Marsel van Dam və Uorren Mitofski. Danimarkalı siyasətçi və televiziya aparıcısı Marsel van Dam 1967-ci ilin fevralında ölkə parlamentinə seçkilərdə E. təşkil edib. Həmin ilin ikinci yarısında ABŞ-ın Kentukki ştatında qubernator seçkiləri günü CBS News kanalının bölmə rəhbəri Uorren Mitofski eyni texnologiyanı tətbiq edib. □ Ekzitpol keçirmək.
Azərbaycan dilinin izahlı lüğəti