1. Tam oxşarlıq, tam bənzərlik; oxşayış, bənzəyiş, eynilik, bir şeyin digərinə eyni ilə müvafiq olması. □ Qəzet, kitabdan da gəlmişik cana; Eynidir cümlə də, eynidir söz də; Eyniyyət içində ürək bir yana; Vallahi, yoruldu gözlərimiz də. (B.Vahabzadə).
2. Riyaziyyatda bütün hallarda ədədi qiymətlərin bərabərliyi.