Bax: evlənmək.
Arvad almaq, ailə qurmaq üçün qanunən qadınla (qızla) birləşmək. □ Tez duranla tez evlənən peşman olmaz. (Atalar sözü).
Arvadı olan, əri olan (ərli), ailəli. □ Evli kişi. Evli qadın.
1. Ailəsi, evi, güzəranı yaxşı olan. □ Evli-eşikli kişi. Evli-eşikli olmaq. 2. Bütün ailə birlikdə, bir yerdə, hamılıqla. □. ..Keşiş budur, üç aydır ki, evli-eşikli bu vilayətdən qaçıbdır. (Ü.Hacıbəyli).
1. Evə aid, evə məxsus, ailə ilə bağlı; ailəlik. □ Əsəd Arazı əncir ağacı altına çəkdi: – Yox, evlik işim yoxdur. (A.Şaiq). 2. Arxaizm. Qadın, arvad mənasında. 3. Saylarla evlərin miqdarını bildirir. □ Yüz evlik kənd.
Evli adamın vəziyyəti, halı. □ O, evliliyindən çox razıdır.
Bax: öynə.
Təkamül nəzəriyyəsi tərəfdarı.
Üzvi aləmin bir üzvi formadan başqa üzvi formaya keçmək yolu ilə inkişafı haqqında nəzəriyyə.
Bax: ovsaf.
1. Evi, mənzili olmayan. □ Evsiz adam. 2. İsim kimi: evi, mənzili olmayan. □ Evsizləri siyahıya almaq. 3. Ailəsi olmayan.
Yaşayacaq yeri; evi, ailəsi olmayan. □ Evsiz-eşiksiz insanlar.
Həmçinin bax:
Evi, ailəsi olmayan adamın vəziyyəti, halı. □ Evsizlik şəraitində insan bir sıra məsələləri həll etməkdə acizdir.
Evləri yarıb oğurluqla məşğul olan adam; oğru. □ Nə dilənçi qaldı, nə bir nəfər ac! Evyaran, başkəsən, quldurlar kimi. (S.Vurğun).
Başqasını bədbəxt edən, başqasına hər cür pislik etməyə çalışan adam; mərdimazar. □ Məşhur məsəldir ki, düşər qarə gəzən kəs; Evyıxanın evin yıxar, əlbəttə, xudavənd. (Q.Zakir).